Türkiyədə evlilik verilişinin azərbaycanlı iştirakçısı, daim qalmaqallarla gündəmdə olan Naz Mila "Qarabağ" qalib gələrsə, qol vuran futbolçunu Türkiyəyə dəvət edəcəyini, onu 3 gün ən bahalı hotel və ən lüks maşınla təmin edəcəyini, eləcə də çıxdığı ilk canlı yayımda da "Qarabağ"ı qələbəsi münasibəti ilə təbrik edəcəyinə dair vəd vermişdi.
Musavat.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, Naz Mila Ağdam klubunun qalibiyyətindən sonra İnstaqram hesabında klublardan birində çəkdirdiyi şəklini paylaşıb. Onun fotosunu bəyənənlər arasında "Qarabağ"a qələbə qazandıran Dino Ndlovu da olub.







