İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" daha bir futbolçu ilə yollarını ayırdı

677 01.07.2020 15:36 İdman A A

"Qarabağ" klubu son olaraq icarə əsasında "Zirə"də çıxış etmiş Nicat Süleymanovla yollarını ayırıb.

Süleymanov "Report"a açıqlamasında azad agent statuslu futbolçuya çevrildiyini bildirib.

O, "Zirə"də qalıb-qalmayacağının sual altında olduğunu söyləyib: "Məni komandada daha bir mövsüm görmək istədiklərini demişdilər və yeni müqavilə təklif etmişdilər. Komandanın hazırkı durumu isə bəlli deyil. "Qarabağ"dan transfer kağızımı götürəndən sonra "Zirə" mənimlə əlaqə saxlamayıb. Klubda kimin qalıb-qalmayacağı bəlli deyil. Ona görə hələ ki, gözləyirəm".

Qeyd edək ki, "Qarabağ" daha öncə qapıçı Vaqner da Silva, müdafiəçilər Ailton Silva və Faysal Rerrasla yollarını ayırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR