İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” bizə oynamağa imkan vermədi - “Anderlext”in baş məşqçisi

1008 02.10.2015 01:14 İdman A A

“Avropa belədir. Qol şansları düşdüsə, vurmalısan. Ya da məğlub olmalısan”.

Musavat.com xəbər verir ki, bu sözləri “Anderlext”in baş məşqçisi Besnik Hasi deyib.
 
Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 1-də  “Qarabağ”la qarşılaşan Belçika təmsilçisi meydandan məğlub ayrılıb – 0:1.
 
Matçdan sonra mətbuat konfransı keçirən Hasi, məğlubiyyəti belə şərh etdi: “Birinci hissədə çox pis oynadıq, “Qarabağ” bizə oynamağa imkan vermədi. Fasiləyə kimi oyunumuz ümumiyyətlə alınmadı. İkinci hissədə isə pis təsir bağışlamadıq. 45 dəqiqə ərzində bir neçə qol imkanları yaratdıq, ancaq epizodları dəyərləndirməyi heç cür bacarmadıq.

Buraxdığımız qolda qapıçını günahlandırmaq istəməzdim. O, topu gec gördü. Həmin epizodda zərbəyə imkan verməmək lazım idi. “Qarabağ”ın 2 qol epizodu oldu ki, onlardan birini qolla tamamlandı. Bizim isə 6 qol imkanımız olsa da, istifadə edə bilmədik. Əslində, qol vurduq, amma hakim həmin epizodda fərqli qərar qəbul etdi”.

 
Baş məşqçi qeyd etdi ki, qrupdan çıxmaq şansları hələ də var: “Avrokubok oyunları asan olmur. Qrupdakı ilk 2 görüşümüzü zəif keçirdiyimizi deməzdim. Bu gün də qələbəyə layiq idik. Dediyim ki, biz 2-ci hissə daha üstün oynadıq. Amma 45 dəqiqə yox, 90 dəqiqə yaxşı oynamaq lazım idi. Amma hər şey bitməyib, qrupdan çıxmaq şansımız hələ də var”.

 
Qonaqların məşqçisi “Qarabağ”ı yaxşı izlədiklərini qeyd etdi: “Biz “Qarabağ”ı əvvəldən qiymətləndirirdik. Onların 5 oyununa baxmışdıq. Bilirik ki, bu meydanda məğlub olmurlar. Fərdi cəhətdən çox güclü oyunçulara malikdilər. Avropada ümumiyyətlə zəif komanda olmur. Biz də öz üzərimizdə çox işləməliyik ki, növbəti görüşlərdə qələbə qazana bilək”.
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR