Qarabağ Ağsaqqallar Şurası Pakistan xalqına başsağlığı verib
Qarabağ Ağsaqqallar Şurası Pişəvəridə Taliban terrorçularının uşaqlara qarşı törətdiyi terror aktı ilə əlaqədar Pakistanın Azərbaycandakı səfirinin iqamətgahında səfirlə görüşüb. Görüşdə iştirak edən Qarabağ Ağsaqqallar Şurasının sədri, BMT yanında Ümumdünya Sülh Federasiyasının Sülh səfiri Asif Məmmədli və yazıçı , tarixi araşdırmaçı, Pakistan-Azərbaycan əlaqələri Cəmiyyətinin sədri Xaqani İsmayıl Pişəvəridə uşaqların terror aktına məruz qalması ilə əlaqədar Pakistan səfiri Xalid Usman Qaysərə baş sağlığı veriblər.
Ziyalılar səfirliyin xatirə kitabına qeydlərində Pakistan xalqına və terror qurbanlarının ailələrinə baş sağlığı veriblər. Taliban terroristlərinin Pişəvəridə törətdiyi terror aktı ilə ermənilərin Xocalıda və Qarabağda həyata keçirdiyi soyqırım aktını eyniləşdirdiyini deyən Şura sədri bu cür terror hadisələrinin pislədiyini bildirib. Asif Məmmədli qeyd edib ki, Pakistan ilk dəfə Xocalı soyqırımını tanıyan dövlət olub və bu dövlətin acılarına şərik olmaq bizim də borcumuzdur.
Nərgiz Liftiyeva






