İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” 3 xallıq oynadı, 1 xal qazandı - Tarix yazılan matçdan FOTOLAR

4348 18.10.2017 22:30 İdman A A

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. 

Musavat.com xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının III turunda “Atletiko” ilə qarşılaşır. C qrupunun qələbə qazana bilməyən iki klubu aşağı pillələrdən uzaqlaşmaq üçün mübarizə aparıb.

Qrupdan çıxmaq iddiasında olan “Atletiko” qələbə ilə xal hesabını artırıb, durumunu yaxşılaşdırmaq əzmində idi. Madridlilər bununla, “Çelsi”yə ev məğlubiyyətini unutdurmaq istəyirdi. 

“Qarabağ” isə ilk xal üçün savaşdı və onu əldə etdi. Keçirdiyi hər iki oyunda uduzan Qurban Qurbanovun yetirmələri doğma azarkeşlər önündə 3 xal qazanacaq səviyyədə oynasa da, 1 xalla kifayətləndi. İddialı rəqibi büdrədən əyalət klubu bununla da “Çelsi” və “Roma” məğlubiyyətlərindən sonra azarkeşlər önündə özünü reabilitasiya etdi. 

Qurbanovun yetirmələri 90 dəqiqə rəqib üzərində üstünlük qurdu. İlk hissədə də başa-baş mübarizə aparan təmsilçimiz, ikinci hissədə də öz üstünlüyünü qorudu. Çoxlarının matçın favoriti olaraq göstərdiyi "Atletiko Madrid" isə "Qarabağ" qarşısında ciddi oyun sərgiləyə bilmədi. 

Matçın sonlarına doğru Dino Ndlovun ikinci sarı alaraq oyunu tərk etməsi də Qurbanovun yetirmələrini qorxutmadı. Onlar hücum oyunlarını davam etdirdilər. Hətta 2 dəfə hesabı açmaq şansı da əldə edən "Qarabağ"ın futbolçuları, bu şansı dəyərləndirə bilmədilər və matç qolsuz bərabərliklə yekunlaşdı. Bununla da təmsilçimiz ÇL-da ilk xalını qazanaraq, daha bir tarixə imza atıdı. 

Çempionlar Liqası

Qrup mərhələsi

III tur

C qrupu 

“Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya) - 0:0

Baş hakim: Ruddi Buke

Baş hakimin köməkçiləri: Giyom Debar, Frederik Kano

Əlavə köməkçi hakimlər: Amauri Deleru, Fransua Leteksie

Dördüncü hakim: Bertrand Juanno (hamısı Fransa)

Bakı Olimpiya Stadionu 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarik Elyunussi, 22. Əfran İsmayılov, 52. Yakub Jezniçak, 77. Donald Gerryer, 90. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov 

“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 7. Antonio Qrizman, 8. Saul Nigez, 10. Yannik Karrasko, 14. Qabi, 16. Şime Vrsaliko, 21. Kevin Qameyro, 22. Nikolas Qaytan, 24. Xose Mariya Ximenes

Ehtiyat oyunçular: 1. Migel Anxel Moyya, 5. Tomas Partey, 9. Fernando Torres, 11. Anxel Korrea, 12. Avqusto Fernandes, 15. Stefan Saviç, 19. Lukas Hernandes

Baş məşqçi: Dieqo Simeone

Məhəmməd Türkmən

Musavat.com

Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR