Qara Qarayev prospekti bina 92 ünvanında yanğın baş verib.
Musavat.com xəbər verir ki, binanın girişində baş verən yanğın zamanı mənzillərə ziyan dəyməyib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları, yanğınsöndürən maşın cəlb olunub və yanğının qarşısı alınıb.
Hadisə nəticəsində binanın su xətlərinə ziyan dəyib. Hazırda hadisə yerində "Azəriqaz" İstehsalat Birliyinin, "Azərsu" ASC-nin əməkdaşları da çalışıb, müvafiq tədbirlər görürlər.
İlkin ehtimallara görə bildirilir ki, yanğına səbəb ehtiyatsızlıq nəticəsində binanın girişində yığılan zibilə kiminsə yanan siqaret atması olub.
Əli Rais,
Musavat.com






