İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara dənizdə sirli səs! 7 şəhər ayağa qalxdı - 36 saatdır səbəbi tapılmır (VİDEO)

1465 11.02.2024 18:00 Dünya A A

Cümə günü Türkiyənin Qara dəniz bölgəsində sahil boyu olan 7 şəhərdə sirli səs eşidilib.

Musavat.com xəbər verir ki, səslə birlikdə yüngül titrəyişin də hiss olunduğu bildirilib.

Hadisə 4-5 dəfə təkrarlandıqdan sonra narahat olan vətəndaşlar xilasetmə qruplarına zəng ediblər. Səslə bağlı çoxsaylı zənglərdən sonra xilasetmə qrupları və polis hərəkətə keçib. Sosial medianın gündəmini zəbt edən sirli səsin səbəbi 36 saatdır tapılmayıb.

Həmin səsin döyüş təyyarələrinin yaratdığı sonik partlayışlardan (səs partlayışları) ola biləcəyi düşünülür. 

Hazırda araşdırmalar davam edir.

Musavat.com 

AW139464_02

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR