İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının dəstəyi ilə yeni kitab çap olunub

884 12.02.2019 14:36 Ölkə A A

Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının dəstəyi ilə “Ədalət mühakiməsinin elektron tərəzisi” adlı doktrina işlənib, hazırlanıb.

Musavat.com-a verilən məlumata görə, layihənin rəhbəri Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovdur.

Layihə çərçivəsində hüquq elmləri doktoru, professor X.D.Ələkbərovun müəllifliyi ilə “Cəzanın dərəcəsinin müəyyən edilməsinin kompüter proqramı” adlı kitab çap olunub.

Kitab innovasiya texnologiyaları əsasında cəzanın müəyyən edilməsi probleminə həsr edilib. Əsərdə cəzanın optimal dərəcəsinin müəyyən edilməsinin elektron sisteminin əsas istiqamətləri öz əksini tapıb.

Eyni zamanda əsərdə məhkəmələr tərəfindən cəzanın müəyyən edilməsində kompüter proqramlarının tətbiqi, “Ədalət mühakiməsinin elektron tərəzisi” prinsipinin mahiyyəti açıqlanıb.

Qeyd edək ki, 15 fevral 2019-cu ildə Sankt-Peterburq şəhərində tanınmış hüquqşünas-kriminoloqların iştirakı ilə sözügedən kitabın ilk təqdimat mərasimi keçiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR