İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaqauz muxtariyyətinin rəhbəri Putinlə görüşdən sonra həbs oluna bilər

1210 07.03.2024 19:45 Region A A

Qaqauziyanın rəhbəri Yevgeniya Hutsul martın 1-dən 7-dək Rusiya Federasiyasında keçirilən Ümumdünya Gənclər Festivalından qayıdan kimi Kişinyov hava limanında həbs oluna bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Moldovalı müxalifətçi İlan Şor bildirib.

“Bizim insayder məlumatımız var ki, onlar Yevgeniya Hutsulu elə hava limanında həbs etməyə hazırlaşırlar”, - deyə Şor “Rossiya 24” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, onun komandası əzmkar insanlardan ibarətdir, onların bir neçəsi dəfələrlə həbs olunub.

Müxalif siyasətçinin fikrincə, bunlar arasında Qaqauz muxtariyyətinin maraqları uğrunda sona qədər mübarizə aparacaq Hutsul da var.

Hutsul 2023-cü ildə keçirilən seçkilərdə qalib gəldikdən sonra regionun Rusiya ilə dostluq əlaqələrini gücləndirmək niyyətində olduğunu bəyan edib və Kişinyovun Moskva ilə qarşıdurma siyasətini tənqid edib.

Moldova hakimiyyəti seçkiləri qanunsuz elan etməyə çalışsa da, Qaqauziya parlamenti onunla həmrəy olduğunu bildirib və regionun liderinə dəstək üçün bir neçə kütləvi aksiya keçirilib.

Bundan sonra Moldova prezidenti Maya Sandu Hutsulu hökumətin üzvü kimi təsdiq edən fərmanı imzalamaqdan imtina edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR