Azərbaycanda xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.
Musavat.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd olunub.
Bildirilib ki, sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi aprelin 1-dək uzadılıb.






