İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunun aliliyi, yoxsa prezidentin siyasi iradəsi – qalmaqallı toyun üzə çıxardığı reallıq...

1965 24.08.2020 22:40 Gündəm A A

Son  günlərin əsas mövzusu AMEA Prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əlisəftər oğlu Əliyev Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsidir. “Qəhrəmanlar” cəzalandırılsa da, ictimaiyyət tərəfindən məsələyə sərt reaksiyalar gəlməkdə davam edir.

Bu hadisədə cəmiyyət ölkə rəhbərliyinin siyasi iradəsinə bir daha şahidlik etdi. Mehdiyevin kürəkəni və onun qudası Rövşən Mustafayev məhkəmə qarşısına çıxarıldı və hər biri 15 sutka inzibatı cəza aldılar. Toyda iştirak edənlərdən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini (istefa verib), Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Murad Adıgözəlzadənin həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Bütün bunlar qanunun aliliyininə dair insanlarda ümidləri maksimuma çatdırıb. Ekspertlər bildirir ki, ölkə başçısının sərt iradəsi ilə qanunun aliliyi prinsipinə tam əməl edilməsi bir arada olduğu üçün statusundan, kimliyindən asılı olmayaraq bütün şəxslərin cəzalandırılmasının şahidi oluruq.

Bunlardan biri olmayacağı halda, effektiv nəticə əldə etmək çətin olar...

Bu kontekstdə bir nümunəyə də rast gəlirik. Bu da mərhum prezident Əbülfəz Elçibəylə bağlıdır. Onun 1992-93-cü illərdə ölkəyə rəhbərlik edən bir şəxsi ortaya siyasi iradə qoymadığı üçün qiyamçı polkovnik Surət Hüseynov tərəfindən devrildiyinə diqqət çəkilir...

Elman Nəsirov: “Bunlar bir yerdə olanda nəticələr göz qabağındadır”

 50 yaşlı “gənc deputat” Elman Nəsirova seçici məktubu: “Siz, axı ...

YAP-çı deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bu məsələnin aktuallığına xüsusi diqqət ayırdı: “Kifayət qədər maraqlı bir sual qoymusuz. Xüsusilə, son olaraq yaşanan proseslərin fonunda hesab edirəm ki, ortaya qoyduğunuz bu məsələnin aktuallığı kifayət qədər böyükdür. Ölkənin idarə edilməsində qanunun aliliyi, yoxsa ali rəhbərliyin siyasi iradəsi əsas rol oynayır? Yəni bunlardan hansı önəmlidir? Bu tipli məsələlər bəzən ekspertlər tərəfindən müzakirə edilir. Mənim bu məsələ ilə bağlı mövqeyim belədir ki, bunların ikisi də olduqca önəmlidir. Əvvəla, dövlət qanunun aliliyi prinsipi əsasında idarə olunur. Bu məsələlərdə ali dövlət rəhbərliyinin, ölkə prezidentinin siyasi iradəsi idarəedici gücə malikdir. Bilirsiniz, konstitusiyada yazıla bilər, yəni dövlətin qanunun aliliyi prinsipi əsasında idarə olunması məsələsi təsbit oluna bilər. Ölkə rəhbərliyinin siyasi iradəsi olmayacağı təqdirdə qanunun aliliyinin real həyatda öz əksini tapması böyük sual altına düşür. Siz bu günləri xaos içərisində yaşayan dövlətlərin konstitusiyasına baxsanız, görəcəksiniz ki, qanunun aliliyi prinsipi orada da ana prinsip kimi öz əksini tapıb. Amma ölkə rəhbərliyinin siyasi iradəsi olmadığından həmin ölkələrdə vətəndaş müharibəsidir, xaos, anarxiya yaşanır. Həmin dövlətlər də faktiki olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalıblar. Ortada bu reallıq var. Xüsusilə, 1992-93-cü illərin təcrübəsi bunu bizə diktə edir. Həmin illərdəki konstitusiyamıza baxın, orada qanunun alilliyi prinsipi öz əksini tapıb. Amma o zamankı siyasi rəhbərliyin siyasi iradəsinin olmaması ucbatından ölkəmizin hansı vəziyyətə düşdüyünü yaxşı xatırlayırıq. Hansı məhrumiyyətlərlə üz-üzə qaldığımızı hələ də unutmamışıq. Faktiki olaraq dövlətçilik elan olunmuşdu, amma faktiki bu dövlətçiliyin özü yox idi. Bütün bunları nəzərə aldıqda qeyd etmək istəyirəm ki, Azərbaycan bu günləri qanunun aliliyi prinsipi əsasında idarə olunur və ölkə prezidenti cənab İlham Əliyevin sarsılmaz siyasi iradəsi ortadadır. Xüsusilə, son hadisələr fonunda, yəni karantin rejimi çərçivəsində bütün kütləvi tədbirlər ləğv olunub, amma belə bir vəziyyətdə akademik Ramiz Mehdiyevin nəfəsinə toy məclisi keçirməsi əslində çox böyük bir qanun pozuntusudur. Bu qanunun aliliyinin əleyhinə çıxmaq cəhdidir. Ölkənin ali rəhbərliyi bu məsələdə öz prinsipal mövqeyini ortalığa qoydu. Fikir verin, bu halda qanunun aliliyi və ölkə rəhbərinin siyasi iradəsi. Bunlar görün bir-birini necə tamamlayır. Bu hadisə bilirsiniz ki, cəmiyyətdə birmənalı qarşılanmamışdı. İnsanlarda haqlı olaraq narazılıq yaratmışdı ki, necə ola bilər ki, bir insana toy keçirmək olmaz, amma başqa bir vəzifəli şəxs övladına toy keçirə bilər. Bu ayrı-seçkiliyin nədən qaynaqlandığı sualına cavab axtarıldı. İnsanlarda bir məyusluq əmələ gəlmişdi. Toy məclisinin keçirilməsi hazırda qanunun aliliyinin pozulmasıdır, qanuna tabe olmamaqdır, özünə əlavə imtiyazlar tələb etmək istəyidir. Amma bunlara imkan verilmədi, həm qanunun aliliyi prinsipi qorundu, həm də ölkə rəhbərinin siyasi iradəsi ortalıqda oldu. Bunlar bir yerdə olanda nəticələr göz qabağındadır. Bu günləri həmin hadisə həm böyük rezonans doğurub, həm də ciddi qınaqla qarşılanıb”.

Elçin Mirzəbəyli: “Burada siyasi iradə ön planda dayanır”

 Elçin Mirzəbəyli: Biz birlikdə güclüyük - AZƏRTAC – Azərbaycan ...

Siyasi şərhçi Elçin Mirzəbəyli fərqli düşüncəyə sahibdir: “Qanunun aliliyinin təmin olunması faktoru ilə ölkə rəhbərliyinin iradəsi amilini müqayisə etməyin doğru olmadığını düşünürəm. Çünki qanunun aliliyinin təmin edilməsi, eyni zamanda ölkə rəhbərliyinin iradəsinə bağlı olan məsələdir. Arxasında onun icrasını təmin edə biləcək güc dayanmayan qanun adi söz yığınından başqa bir deyil. Bu, xüsusilə də totalitar bolşevik idarəçilik sistemində formalaşmış cəmiyyətlər üçün müstəsna əhəmiyyət kəsb edir. Hətta qanunların icrası prosesinə ictimai nəzarətin güclü olduğu, hakimiyyətin ayrı-ayrı qolları arasında sərhədlərin dəqiq çəkildiyi və qarşılıqlı nəzarətin təmin edildiyi cəmiyyətlərdə belə, siyasi hakimiyyətin mövqeyi, yanaşması vacib şərtlərdən biri sayılır. Digər tərəfdən, qanunların icrasına nəzarətlə dövlətin təhlükəsizliyini təhdid edən məsələlərə münasibəti eyniləşdirmək olmaz. Dövlətin təhlükəsizliyini, ölkənin ərazi bütövlüyünü təhdid edən məsələlərdə ən sərt, ən kəskin mövqe nümayiş etdirilməli, addımlar atılmalıdır. Burada siyasi iradə ön planda dayanır. Amma qanunların icrasının təmin edilməsi dövlət idarəçilik sistemindən, ictimai və qarşılıqlı nəzarət mexanizmlərinin şəffaflığından, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin səviyyəsindən birbaşa asılı olan məsələdir. Burada son sözü müstəqil məhkəmə hakimiyyəti deməlidir, şübhəsiz. Hakimiyyətin bu qolunun müstəqilliyinə, dövlətin ədalətinin hər yerdə özünü büruzə verməsinə isə, dövləti yönəldən idrak və güc təminat verməlidir. Ölkəmizdə həyata keçirilən islahatların fəlsəfəsi də, hədəfi də budur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR