İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunsuz ovla məşğul olan Biləsuvar sakinləri saxlanılıblar - FOTO

1925 07.12.2014 19:00 Ölkə A A

 
Məlumata görə, polis əməkdaşlarının rayonun Mahmudçala ovçuluq təsərrüfatında keçirdikləri reyd zamanı qanunsuz ovla məşğul olan 3 nəfər rayon sakini saxlanılıb. Məlum olub ki, rayonun Xırmandalı kənd sakinləri İlham Mahmudov, Əli və Bakir Kazomov qardaşları  ayrı-ayrı vaxrlarda gizli yollarla  ov ediblər. Sonuncu dəfə isə ova gələn şəxslər elə burda da yaxalanıblar. Saxlanılan zaman onların üzərində ov tüfəngi ilə yanaşı 28 baş ovlanmış çöl quşu da aşkarlanaraq müsadirə olunub. İlkin araşdırma zamanı o da müəyyənləşdirilib ki, ov qaydalarını pozan şəxlərin üzərindəki  ov tüfənglərinin sənədi olmayıb.
 
Biləsuvar RPŞ-də araşdırmalar davam etdirilir.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR