Paytaxtın Yasamal rayonu, kənar dairəvi yol, Qanlıgölün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələrinin aşkar olunması faktı ilə bağlı hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Musavat.com-a Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

Kənan Zeynalov
O qeyd edib ki, Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb: "İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir.
Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".
Musavat.com






