QAMƏT SÜLEYMANOV “MEŞƏ QARDAŞLARI”nın MƏHKƏMƏSİNDƏ İFADƏ VERDİ
Dünənki prosesdə müttəhimlər kürsüsündə əyləşmiş Türkiyə vətəndaşı Yaman Əlinin ifadəsi dinlənildi. Elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyən Y.Əli dedi ki, Azərbaycan dilini yaxşı bilmir, buna görə də ibtidai istintaqda ondan istədikləri formada ifadə alıblar. O, dedi ki, Çeçenistan və Dağıstanda rus qoşunlarına qarşı döyüşlərdə iştirak etməyib, Dağıstanda aparılan döyüşlərə rəhbərlik edən Abdulməcid ləqəbli İlqar Mollaçıyevi də tanımayıb: “Çeçenistan və Dağıstanda döyüşlərdə iştirak edən şəxslərə yardım aparmağı cinayət hesab etmirəm. 90-ci illərdə Qarabağ döyüşlərində iştirak edən əsgərlərə də yardım gətirmişəm. Bunu cinayət hesab etməmişəm”.
Dövlət ittihamçısı Mürvət Həsənov dedi ki, Y.Əlinin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə səsləndirdiyi ifadə arasında kəskin ziddiyyət var. Buna görə də prokuror həmin ifadələrin elan edilməsi ilə bağlı vəsatət qaldırdı. Bu vəsatət təmin edildi və təqsirləndirilənin ibtidai istintaqa ifadəsi elan edildi. O ifadədən məlum olur ki, Y.Əli Abdulməcid ləqəbli İ.Mollaçiyevi tanıyıb və onunla ünsiyyətdə olub. O, ifadəsində daha sonra yardım aparmaq məqsədilə Çeçenistana getməsini, oradan isə Azərbaycana gəlməsini izah edib. O, Çeçenistanda gedən döyüşlərdə iştirak etməsini də etiraf edib. İfadəsi elan ediləndən sonra Y.Əli elan edilmiş həmin ifadəni təkzib etdi. Dedi ki, həmin ifadə təzyiq altında alınıb.
Sonra “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov prosesdə zərərçəkmiş qismində ifadə verdi. O, dedi ki, avqustun 17-də axşam namazı zamanı məscidə partlayıcı qurğu atılıb. Baş verən partlayış nəticəsində ayağından yaralanıb. Zərərçəkmiş təqsirləndirilən şəxslərlə aralarında cihad məsələsinə görə yaranan mübahisəyə də aydınlıq gətirib dedi ki, cihad İslamda buyrulub. Onun sözlərinə görə, lakin cihadın tətbiqi bəzi şəxslər tərəfindən düzgün həyata keçirilmir. O, söylədi ki, təqsirləndirilən şəxslərdən Kamran Bozorgini və Qüdrət Məlikovu tanıyıb, bu şəxslər “Əbu Bəkr”ə tez-tez gəlib və onunla ünsiyyətdə olublar.
Quba dini icmasının üzvləri ilə aralarında yaranan mübahisələrə gəlincə isə Q.Süleymanov belə bir mübahisənin olmadığını dedi: “Onların məscidə gec-gec gəldiyini, sonradan isə heç gəlmədiklərini gördüm. Buna görə də ötən ilin yayında Qubaya getdim. Orada Kamran və digər şəxslərlə görüşdüm. Lakin onlar da məndən incik düşmələrinin səbəbini açıqlamadı”.
Q.Süleymanov bildirdi ki, o, heç kimə xəvaric (yəni cəhənnəm köpəkləri) deməyib. O, dedi ki, Dağıstan və Çeçenistanda aparılan döyüşləri cihad kimi qəbul etməyib: “Bunu mən xütbələrimdə də demişəm. Demişəm ki, həmin bölgələrdə döyüşənlərin əksəriyyəti əqidəsi olmayan şəxslərdir. Buna görə də onlarla münasibətimiz korlanıb. Mən heç kimi cəhənnəm köpəyinə bənzətməmişəm. Bütün bunları aydınlaşdırmaq üçün Kamranla görüşdüm. Lakin onlar məndən incik düşmələri məsələsini açıq demədi. Çeçenistanda döyüşənlərə xəvaric demişəm. Lakin bunu mənasını da izah etmişəm. O sözlərimi burada oturanlara aid etməmişəm”.
O, bildirdi ki, təqsirləndirilən şəxslərdən və ya başqa şəxslərdən ona qarşı sui-qəsdin hazırlanmasını gözləməyib.
Təqsirləndirilən Qüdrət Məlikov isə İslam dinindən danışarkən Q.Süleymanovu diqqətli olmağa çağırdı: “Qamət Çeçenistanda döyüşənləri xəvaric adlandırıb. Mənim ona yazığım gəlir. Çünki o, kimlərinsə əlində alətə çevrilib”.
Məhkəmə prosesi bu gün davam etdiriləcək.