İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray" Osimhen üçün bu yola əl atır

2516 17.03.2025 21:08 İdman A A

"Qalatasaray" mövsümün əvvəlində "Napoli"dən icarəyə götürdüyü Viktor Osimheni komandada saxlamaq üçün cəhdlərini davam etdirir.

"Sarı-qırmızılılar" nigeriyalı hücumçunu birdəfəlik transfer etmək üçün Mauro İkardi transferində izlədiyi strategiyanı tətbiq etməyi planlaşdırır. Argentinalı "PSJ"yə təzyiq edərək İstanbul təmsilçisinə keçmək istədiyini bildirmişdi. Bu cəhd Türkiyə nəhənginin transferdə üstünlük qazanmasına səbəb olmuşdu.

"Qalatasaray" rəhbərliyi eyni taktikadan Osimhen üçün də istifadə etməyi və "Napoli"ni çətin vəziyyətdə qoyaraq transferi reallaşdırmağı planlaşdırır. Nigeriyalı hücumçu isə gələcəyi ilə bağlı yekun qərarını mövsümün sonunda verəcəyini bildirib.

Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsüm "Qalatasaray" forması ilə 30 rəsmi matçda 26 qol vurub və 5 məhsuldar ötürmə edib.  (Offsideplus.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR