“Qalatasaray” çempionluq kubokuna qovuşdu (FOTOLAR)
Türkiyə Super Liqasında çempionuluğu 2 tur öncədən təmin etmiş İstanbulun “Qalatasaray” klubu kubokuna və medallarına qovuşub. Apasport.az saytının məlumatına görə, “aslanlar” çempionatın son tur oyununu səfərdə keçirdiyi üçün mükafatlandırma mərasimi ayrıca günə təyin ediblər.
“Türk Telekom Arena”da baş tutan möhtəşəm mərasimdə azarkeşlər və futbolçular çempionuluğu möhtəşəm sevinc göstəriləri ilə qeyd ediblər.






