Türkiyə futbol klubunun azarkeş qrupu Xocalı Soyqırımı abidəsini ziyarət ediblər.
Minval.info xəbər verir ki, “Qalatasaray” komandasının ölkəmizdəki fanatları bugünkü günlə əlaqədar bir araya gəliblər.
“UltrAslan” azarkeş qrupu abidəni ziyarət edərək soyqırımda həyatını itirənlərin xatirəsini yad ediblər.
Onlar abidənin önündə Azərbaycan bayrağını və üzərində “26 il səssiz vicdan” yazılan plakat açıblar.







