İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qafqazın Sinqapuru” ola bilməyən Ermənistan – tək ümid kütləvi köçə qalır...

1634 07.03.2021 13:50 Siyasət A A


“Biz artıq 30 il itirmişik. Bu müddətdə tamamilə fərqli bir dövlət qura, Qafqazın Sinqapuru ola bilərdik. Ancaq ola bilmədik. Və indi, müharibədə məğlub olan hökumətin siyasi səhnəni tərk etmədiyi ölkəmizdə baş verənlərə gərək təəccüblənməyək”.

Musavat.com-un məlumatına görə, bu barədə Arnenianreport.com-un redaksiya məqaləsində deyilir.
“O ölkədə ki, dünənki korrupsioner məmurlar, dövləti talayanlar və Putinin əlaltıları xalqın yaddaşının çox zəif olduğunu güman edib yenidən hakimiyyətə qayıtmağa çalışırlar. O ölkədə ki, oliqarxların onsuz da koronavirus və müharibənin nəticələrindən əziyyət çəkən xalqı qarət etməkdən çəkinmirlər. O ölkədə ki, vəziyyətdən yeganə çıxış yolu mühacirətdir.

Çünki mübarizə aparmağa güc və imkan sadəcə, qalmayıb. Və bir də ona görə ki, hamımız anlayırıq: ölkəmizdəki dəyişiklik şansı yalnız rusiyalılar belə bir şansı öz ölkələrində əldə etdikdən sonra ortaya çıxacaq və o da yalnız Putin gedəndən sonra mümkün olacaq. Ayaqlarla irəli və ya başqa cür - fərqi yoxdur. Yalnız Rusiya mədəni dünyanın qaydalarına uyğun yaşamağa başlayanda biz də eyni fürsəti əldə edəcəyik. O vaxtadək tunelin sonunda işıq görünmür”, - deyə məqalədə bədbin tonda qeyd olunur.

erm.jpg (138 KB)

Ancaq tunelin ucunda işıq heç Putin gedəndən sonra da görünməyəcək. Ona görə ki, ermənilərin üzləşdikləri acınacaqlı durumun əsas səbəbi Rusiya deyil. 30 ildir, 100 ildir günahı başqalarında axtaran erməni xalqının özüdür!

Əgər bir millətin ki, önündə gedənləri Azərbaycanla müharibədəki kapitulyasiyadan sonra da iqtisadiyyat haqda, əhalinin güzəranını yaxlaşdırmaq haqda, böhrandan çıxmaq haqda yox, təcili silahlanmaq, ordunu dirçəltmək haqda xəyallar qururlar, o zaman gerçəkdən də erməni əhalinin bircə çıxış yolu qalır – ölkədən kütləvi köç. Yəni ayaqlarla etiraz edib getmək...

Dünyanın istənilən bölgəsində iqtisadi inkişafın və inteqrasiyanın birinci şərti davamlı sabitlikdir. Bundan ötrü region ölkələrin bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərini qeyd-şərtsiz tanıması və bir-birinə qarşılıqlı hörmət eləməsi vacibdir.

Əgər Ermənistan hələ də Azərbaycanı dövlət olaraq qəbul etməyə hazır deyilsə, məğlub ölkədə günü bu gün də ağılsız şəkildə qonşunun qanuni ərazisini qoparmağa hesablanmış revanşist planlar qururlarsa, onda doğrudan da bu psevdo-dövlətin axırı yoxdur. Həm də o səbəbə ki, onun özü bütünlüklə haram torpaqlar üzərində təşəkkül tapıb.

Məsələ də ondadır ki, əgər sən öz qonşularının, həm də qüdrətli qonşularının ərazi bütövlüyünü tanımırsansa, qonşular niyə səni – miskin bir “dövlət”i tanımalıdır ki? Demək, yekunda Ermənistan indi malik olduğu azdan da məhrum ola bilər. Proseslər buna doğru gedir.

O ki qaldı Ermənistanın bölgənin Sinqapuru olmasına, dəvənin boynu düzələndə, bu da mümkün olar. Sinqapur modelini reallaşdırmaq üçün ilk növbədə Sinqapur kimi ən əvvəl sülhpərvər ölkə olmaq, işğalçı planlardan və işğalçı siyasətdən, qonşu xalqlara nifrətdən əl çəkmək, vurğulandığı kimi, qapıbir dövlətlərin ərazi bütövlüyü və suverenliyini qeyd-şərtsiz tanımaq lazımdır ki, qonşular da sənin ərazi bütövlüyün və suverenliyinə, ümumiyyətlə, sənə hörmət qoysunlar, səni – cırtdan ölkəni illərlə blokadada saxlayıb çökdürməsinlər.

Ermənistanda anti-türkçü Paşinyan da daxil, bu bəsit şərtləri anlaya və əməl edə biləcək lider varmı? Erməni xalqı belə bir öndər tanıyırmı? Xaricdəki lobbinin içində necə, beləsini tanıyırmı? Tanıyırsa, onun ardınca getməyə necə, hazırdırmı? Yox, demək ki, bu qondarma dövlət hazırkı “izqoy” durumunda qalmağa, sürətlə boşalmağa və öz məntiqi sonluğuna – xəritədən silinməyə doğru yoluna davam edəcək...

Zahid SƏFƏROĞLU
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR