İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qafqaz qaraçıları”nın Şuşa sırtıqlığı – “Yersiz gəldi, yerli qaç!” taktikası...

1670 09.07.2022 13:46 Yazarlar A A

Paşinyan və komandasının Qarabağ həyasızlığı səngimir. Bir yandan iddia edirlər, “biz Azərbaycanın ərazi bütövlüyünü çoxdan, hələ 90-cı illərdə tanımışıq”, o biri yandan riyakarcasına bəyan edirlər ki, “Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü məsələsinə aidiyyəti yoxdur”, üçüncü yandan da utanıb-qızarmadan “biz qonşularla normal münasibətlər qurmaq, sülh istəyirik” deyirlər.

Yaxşı, sülh istəyən qonşusunun torpağına göz dikərmi? Başınıza gələnlər dərs olmadımı sizə? Yoxsa “dəmir yumruq” üçün darıxmısınız?

Əlbəttə ki, belədir. Əks təqdirdə 2 ildir Laçın yolu ilə rahat, maneəsiz gedib-gəldikləri halda, Zəngəzur dəhlizinin açılmasına (kapitulyasiya aktının 9-cü bəndi) dirəniş göstəməzdilər. Qarabağdan silahlı quldur dəstələrini çıxarmaq əvəzinə (kapitulyasiya aktının 4-cü bəndi), ora müqavilə əsasında erməni hərbçilər, yəni muzdlular göndərməyə hazırlaşmazdılar.

Əcəb işdir. Laçın yolunu sizə müvəqqəti vermişik ki, Qarabağa qanunsuz hərbi dəstələr daşıyasınız, yoxsa oradakı silahlı quldurların qalıqlarını çıxarasınız?!

Hələ harasıdır, dünən Ermənistan parlamentinin sədri Alen Simonyan Estoniyanın İrəvandakı səfiri ilə görüşdə nə çərənləsə yaxşıdır. “Biz Estoniya parlamentinin fəaliyyətini izləyirik və bizim üçün həssas məsələlərlə bağlı istənilən bəyanata və ya hər hansı digər təzahürə böyük əhəmiyyət veririk”, - Simonyan bildirib və ardınca bu il mayın 24-də Estoniya parlamentinin sədri J. Ratasın Şuşaya səfəri ilə bağlı “hədsiz narahatlığı”nı ifadə edərək sırtıqcasına söyləyib: “Cənab Ratasın ermənilərdən təmizlənmiş Şuşiyə (Şuşa – Z.S.) səfəri, orda verdiyi bəyanatlar nəinki ölkələrimiz arasında dostluq münasibətlərinin ruhunu əks etdirmir, eyni zamanda, Estoniyanın Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh yolu ilə həllinə rəsmi dəstəyi ilə ziddiyyət təşkil edir”.

Erməni spiker səfirə Şuşaya səfərlə bağlı Estoniya parlamentinin rəhbərinə məktub ünvanladığını da söyləyib. Məktubda Simonyan “ümid edir ki, estoniyalı həmkarı tezliklə Ermənistana gələcək və vəziyyətlə yerindəcə tanış olacaq, həmçinin bu xüsusda Dağlıq Qarabağın rəsmi şəxsləri ilə görüşəcək”.

Qarabağla bağlı erməni təkəbbürü və həyasızlığına, erməni qudurğanlığı və hikkəsinə mat qalmaya bilmirsən. Hələ istifadə olunan terminlər. Yəqin haylara elə gəlir ki, dünya onların yalanlarına, “miatsum” nağıllarına günü bu gün də inanmağa davam edir.

“Dağlıq Qarabağın rəsmi şəxsləri”, “Minsk Qrupunun həmsədrliyi çərçivəsində həll”, daha nələr. Bəh-bəh. Sanki bayırda 2022-ci il yox, Minsk Qrupunun gorbagor olmadığı, turist həmsədrlərin erməni konyakından vurub kef elədiyi illərdir. 44 günlük müharibə də sanki baş verib-eləməyib. Kapitulyasiya aktının imzalayan isə Nikol Paşinyan yox, yadplanetli imiş. Darmadağın edilən işğalçı ordu, 10 min fərarisi olan “yenilməz ordu” da haylara məxsus deyilmiş!

Azərbaycanla sülh istəyənlərə bax. Qapaz istəmirsiniz bizdən? Yoxsa bitməyən bu sürtüklüyün adı nə?

Əvvələn, Şuşaya kimin gəlib-getməsinin sizlərə - “Qafqaz qaraçıları”na nə dəxli? Belə getsə, Azərbaycanın qədim şəhəri İrəvana gəlib-gedənlərlə bağlı biz də artıq rəsmi səviyyədə etiraz bildirməli olacağıq. Niyə də yox. Buna tam haqqımız çatır: Ermənistan ərazi bütövlüyümüzü tanımır, Azərbaycan isə Azərbaycan SSR-in yox, AXC-nin hüquqi varisidir.

Bir daha vurğulayaq: bu, təkcə Alen Simoynanın yox, ümumən “sülhpərvər”, “mötədil” Paşiynan iqtidarının rəsmi mövqeyidir! Həmin bu “sülhpərvərlər” Şuşa ilə bağlı dəfələrlə, o cümlədən XİN səviyyəsində biz tərəfə hürüblər, dil uzadıblar. Belə görünür, kirimək fikrində deyillər.

Demək, bu dəfə Azərbaycandan elə bir zərbə yeməlidirlər ki, səsləri qiyamətə kimi çıxmasın - iqtidarlı-müxalifətli, radikallı-“mötədilli”!..

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR