QAFQAZ ALTINDADIR, ƏN UCA ZİRVƏDƏ O
Olsa-olsa, sabiq prezident Yeltsinin başının özünə, defolta qarışdığı illərdə, bütün bürokratik aparatın, o cümlədən hərbi-sənaye kompleksinin özəlləşdirməyə qurşandığı zamanlarda rəsmi Moskva regiona diqqətini bir qədər azaldıb.
Ancaq Putin erası başlar-başlamaz vəziyyət dəyişdi. Yenidən güclənməyə başlayan neo-imperiya ambisiyaları ikibaşlı rus qartalının bir gözünü Qafqazın bu tayına zilləməsi ilə müşayiət olundu. Artıq hər üç ölkədə hakimiyyətlərin bərqərar olunmasından tutmuş ta iri iqtisadi layihələrin həyata keçirilməsinə, xarici siyasətin formalaşdırılmasına qədər hər işə Moskva nəzarət edirdi, ruşaylolar Qafqaz respublikalarına su yoluna döndərmişdi. Gürcüstanda bu, Saakaşviliyə qədər o cür davam etdi.
Ermənistanı Həştərxana döndərib federasiya subyekti kimi işlədən Rusiyanın bənzər planı Gürcüstanda sona qədər işə yaramadı. 2003-cü ildən sonra rus hərbi maşını qonşu ölkədə müqavimətə rast gəldi, hiddətlənən Kremlin hücumunu 2008-ci ildə onu yalnız ABŞ-ın, Qərbin qətiyyəti durdura bildi. Ancaq bu, Gürcüstan-Rusiya müharibəsi dərhal başa çatmadı, “soyuq müharibə” müstəvisinə keçdi, Rusiyanın təhdidi, Gürcüstanın dikbaşlığı davam edirdi - ta İvanişviliyə qədər.
Milyardlarını Rusiyada toplayan iş adamı Bidzina İvanişvilinin seçki zəfəri durumu artıq dəyişdirmiş kimi görünür. Artıq Moskva xeyli iştahalanıb və Saakaşvili tərəfindən qovulduğu bu ölkəyə yenidən qayıdacağını düşünür.
Güman ki, elə də olacaq. Rusiya Gürcüstandan qopardığı Abxaziya və Cənubi Osetyanı geri qaytarmayacaq, özü isə gənə kimi yenidən Gürcüstana yapışacaq.
Gürcüstanın yeni hakimiyyətinin qırımından, siyasi kursundan görünür ki, o, əvvəlki hakimiyyətin xəttindən büsbütün imtina edir. Bu da o deməkdir ki, Rusiyada prioritet olan dövlət idarəetmə ənənələri, seçki təcrübəsi yenidən bu ölkədə hakim mövqeyə çıxacaq.
Azərbaycanda isə qonşu ölkədəki proseslərə diqqətlə tamaşa edir və ölkənin haraya getdiyini aydın görürlər. İvanişvilinin triumfunda “rus barmağı”nın olduğuna hər gün bir az da əmin olan siyasi fəallar kəsiminin bir hissəsi ölkəmizdə də dirçəlməkdədirlər.
Belə bir təəssürat var ki, İvanişvilidən sonra Kreml Qafqazda özünü daha əmin-arxayın və istənilən siyasi layihəni həyata keçirməyə qadir sayır. Rusiyada bir ox ətrafında birləşdirilən azərbaycanlı milyarderlərin, eləcə də imkanlı və məşhur ermənilərin həm öz aralarındakı ittifaqa, həm də icma olaraq bir-biri ilə ünsiyyətinə bu prizmadan baxmaq lazımdır.
Artıq Ermənistan mətbuatında da belə xəbərlər dolaşmağa başlayıb ki, Rusiya, daha dəqiqi, onun prezident kürsüsünə yenidən oturmuş lideri Vladimir Putin Ermənistanda hakimiyyəti dəyişmək fikrindədir. Ermənilər də öz həmvətənlərinin Moskvadakı birliyini Sərkisyana qarşı olan təşəbbüs kimi qiymətləndirirlər.
Məlum olduğu kimi, bənzər yanaşma artıq Azərbaycan mediasında da müşahidə olunur və müvafiq söhbətlərin ictimaiyyət arasında yayılması gündən-günə intensivləşir.
Bu məsələyə münasibət ötən illərdə olduğundan fərqlidir. Əgər 3-5, hətta 13-15 il əvvəl Rusiyanın Azərbaycana siyasi dönüşünə aqressiv münasibət vardısa, artıq mənfi münasibət elə də şiddətli deyil. Hətta bunu yeganə nicat yolu hesab edənlər də çoxalıb.
Bu ovqatın yaranmasının bir səbəbi böyük şimal qonşumuzun cilovlanmayan imperiya ambisiyasıdırsa, digəri ölkədə ədalətsiz mühit yaradan, ölkəni cəngəllik qanunları ilə idarə olunan təcrid olunmuş adaya döndərən iqtidar komandasıdır.
İnsanlar müstəqil dövlətdə zülm altında yaşamaqdansa, yarımasılı vassal dövlətində nisbətən azad yaşamağı üstün tuturlar və bu, təbiidir. Müstəqillik o zaman gözəl nailiyyət, əvəzsiz nemət olur ki, o xalqa firavanlıq, azadlıq gətirir. Dünyanın hər yerində hamı müstəqil işgəncə yuvalarından canını qurtarmaq istəyir.
Ancaq Qərbdən üz döndərərək Rusiyanın tam asılı vassalı olanda bu ölkəyə azadlıq, firavanlıq gələcəkmi? Budur məsələ...