İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınları cinsi istismara məruz qoyan şəxsin cinayət işi məhkəməyə göndərilib

557 15.06.2019 16:19 Kriminal A A

Azərbaycanlı qadınları insan alverinə məruz qoymaqda təqsirləndirilən Almaz Allahverdiyevanın cinayət işinin istintaqı baş çatıb.

APA-nın məlumatına görə, A. Allahverdiyevanın barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası vaxtı yaxın günlərdə bəlli olacaq

Qeyd edək ki, cinayət işi üzrə 8 zərərçəkən qadın var. İttihama görə, onlar Almaz Allahverdiyeva tərəfindən insan alverinə məruz qalıblar. A. Allahverdiyevaya Cinayət Məcəlləsinin 144-1.2.2-ci (insan alveri, 2 və daha çox şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR