İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadını ərinin əlindən xilas etmək üçün eyvana çıxan polis yıxılaraq həlak oldu - VİDEO

1145 15.10.2022 15:27 Hadisə A A

Türkiyənin Bursa şəhərində yaşayan Gökhan N. evinə getməmək barədə qətimkan tədbiri olan həyat yoldaşının evinə gedərək qapını bağlayıb və qadını eyvandan atmaq istəyib.

Musavat.com xəbər verir ki,qonşuların xəbər verməsindən sonra hadisə yerinə gələn polis qruplarından Sami Altıntaş qadını xilas etmək üçün dırmaşdığı üçüncü mərtəbədəki mənzilin eyvanından yerə yıxılıb.


Ağır yaralanan Altıntaş aparıldığı xəstəxanada həlak olarkən, balkondan yıxılma anı təhlükəsizlik kamerasına əks olunub.

Polis məmurunun yıxıldığını görən yoldaşları köməyə qaçıb, əraziyə təcili yardım və gücləndirici briqada çağırılıb. Bu vaxt qarışıqlıqdan istifadə edən Gökhan N. hadisə yerindən qaçıb. 

Evli və 2 uşaq atası olan Sami Altıntaş edilən bütün müdaxilələrə baxmayaraq həlak olub. 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR