İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadını amansızlıqla öldürən şəxsin şikayəti təmin edilmədi

783 30.03.2016 10:10 Son xəbər A A
Bakı Apelyasiya Məhkəməsində Bakıda qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilərək 19 il müddətinə azadlıqdan məhrum edilən Əmri Süleymanovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılaraq qərar elan olunub.

Məhkəmə şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə qalıb.

Qeyd edək ki, hadisə keçən il fevralın 13-də baş verib. Bakının Buzovna qəsəbəsində, dəniz qırağında Oğuz rayonunda qeydiyyatda olan, Аbşеrоn rаyоnu, Mаsаzır qəsəbəsində yаşаyаn, 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızının üzərində 15 bıçaq zərbəsi aşkarlanan meyiti tapılıb. İlkin istintaq zamanı müəyyən olunub ki, X.Rzayeva yüngül həyat tərzi keçirib.

Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti Əmri Süleymanovun törətdiyi məlum olub. Lakin qətl törədən şəxs hadisədən sonra Azərbaycandan qaçıb. Fevralın 17-də isə Ə.Süleymanov Rusiyanın paytaxtı Moskvada saxlanılıb. Sonra Rusiya hüquq-mühafizə orqanları X.Rzayevanı öldürən şəxsi Azərbaycana təhvil verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Süleymanov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apelyasiya şikayəti verib.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR