“Qadın və kişi salonuna gedəndə diqqətli olun” - Millət vəkili
Bir sıra imkansız ailələri və xəstələri ziyarət edib və onların qarşıdan gəlıən Ramazan bayramını təbrik edən millət vəkili Qənirə Paşayeva sakinlərlə görüş zamanı vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.
Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Seçicilər millət vəkili ilə görüşdə ən çox ünvanlı sosial yardımla bağlı müraciət ediblər və o da rayonda bu sahəyə cavabden qurumla danışaraq dəstək göstərmələrii xahiş edib. Sakinlər bir sıra çox köhnəlmiş naqillərin və transfaratorların dəyişməsinə böyük ehtiyac olduğunu bildiriblər. Millət vəkili Qənirə Paşayeva elektrik naqilləri və transformatorlarla bağlı məsələni “Azərişıq” ASC-nin sədri Baba Rzayev ilə danışdığını və onun bu məsələyə böyük önəm veriləcəyinə dair söz verdiyini deyib.
Sakinlərin məktəbə gələn yolun asfaltlanması ilə bağlı xahişinə cavab olaraq millət vəkili Qənirə Paşayeva bu istiqamətdə bu sahəyə cavabddeh qurumlardan təkrar xahiş edəcəyini deyib. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb. Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalamağa çağırıb və bildirib ki, bu çox ciddi məsələdir.
Çünki evləri müxtəlif hadisələr zamanı yararsız vəziyyyətə düşmüş bəzi ailələrin üzləşdiri problemlər bu məsələyə daha həssas yanamağı tələb edir. Millət vəkili sakinləri uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb. Millət vəkili kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib.






