İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadağan edilmiş yerlərdə tütün çəkilməsinə görə vəzifəliləri və şirkətləri iki nazirlik cərimələyəcək

1163 18.03.2019 12:42 Ölkə A A

Azərbaycanda qanunla qadağan edilmiş yerlərdə tütün çəkilməsinin qarşısını almayan vəzifəli şəxslər və şirkətləri cərimələyəcək dövlət orqanları müəyyənləşib.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilməlidir. Fərmana əsasən inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi və ya Səhiyyə Nazirliyi baxacaq.

Fərmana əsasən, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən müvafiq dəyişikliyə görə, bu sahədə inzibati xətalar haqqında işlərə daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, polis sahə rəisləri baxacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR