İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qadağalar qoyurdu, qırğın düşürdü” – Sevda keçmiş ərindən danışdı

1630 23.08.2019 19:17 Şou-biznes A A

Müğənni Sevda Sanəliyeva "5/5" verilişinin qonağı olub. 

Musavat.com xəbər verir ki, ifaçı boşandığı ərinin ona qoyduğu qadağalardan danışıb: "Yeni mahnılar üzərində işləyirəm. Hər şey gözəldir, həyat  yaxşıdır. Rəqs etmək sevgisi içimdə qalmışdı, artıq üzə çıxaracağam. İnsanı qəbul edəndə, ki olduğunu bilirlər. Sonradan nəyəsə qadağa qoyulanda, yığılır və boğulursan. Mənim sənətim o idi, indi də budur. İkisi birlikdə gözəl alınırsa, niyə etməyim?”

Daha sonra aparıcı "Sevda, ailə qurdu, gördü yox, hər şeyi özü edir. Əlini bala batırmaq istədi, alınmadı. Sənə lazım idi ailə qurmaq" sözlərinə sənətçi belə cavab verib: "Əlimi bala batıranda bilirdim nə olacaq. Mənim qanımda var, işləməliyəm. Amma bəsdir, artıq yoruluram. Mənim həyatım belə yaxşıdır. Rəqs etmək hamıya nəsib olmur. Rəqs etməyi sevirəm. 

Düzdür, ərə getmək mənə lazım idi? Nə oynaya, nə otura bilirdim. Bunlar gülünc səbəblərdir, ayrılmağımıza səbəb qadağalar deyil. Əsas vacib mənim sənətimdir. Necə harasa gedib, heç kimlə danışmayım, ayrı oturum? Alınmır axı. Onun istədiklərini etməsəydim, qırğın düşürdü. Olmaz axı".

Qeyd edək ki, Sevda iki dəfə ailə qurub. Onun iki övladı var.

Könül
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR