İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaçqınlara qarşı dələduzluq edənlərin işinə yenidən baxılacaq

599 03.05.2016 15:14 Kriminal A A
Bakı Apellyasiya Məhkəməsində qaçqın və məcburi köçkünlərə qarşı dələduzluq etməkdə ittiham olunan Tahirə Əliyeva, Vasif Hüseynov və Hüseyn Bağırovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutmuş iclasda qərar qəbul edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər məcburi köçkünlər üçün tikilən evlərdən mənzil alacaqlarını vəd edərək, köçkünlərin etimadını qazanıblar. Amma verdikləri sözü tutmayıblar və həmin şəxslərə qarşı dələduzluq ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Bağırov 10 il, Tahirə Əliyeva 9 il, Vasif Hüseynov 8 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR