Qaçqın yataqxanasında ölən ümidlər: “Biz unudulduq” VİDEOREPORTAJ, FOTOLAR
Xətai rayonu, Ramiz Quliyev küçəsi 54 ünvanında, köhnə radiozavodun yataqxanasında məskunlaşan məcburi köçkünlər səbirsizliklə buradan köçürüləcəkləri günü gözləyir. Qəzalı vəziyyətdə olan yataqxanada yaşayan məcburi köçkünlər problemlərini musavat.com-a danışıblar.
Ağdam, Füzuli, Laçın , Zəngilan rayonundan olan sakinlər deyir ki, hər ailəyə cəmi bir otaq verilib və 6-7 nəfərlik ailələr15-20 kvadratmetrlik otaqlarda qalırlar. Hamam, mətbəx, və məişət qovşağının ortaq olduğunu deyən məcburi köçkünlər bu səbəbdən daha çox əziyyət çəkdiklərini bildirilər.
Onlara aidiyyatı qurumlar tərəfindən dəfələrlə kğçürüləcəkləri ilə bağlı vəd verilsədə bu vaxta qədər buna əməl olunmayıb. Son olaraq sakinlərə Avropa Oyunlarından sonra köçürüləcəklərini deyiblər.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz:
Məğrur Salmanov
Fotolar müəllifindir






