İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib

728 14.11.2022 13:34 Hadisə A A

Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.

O bildirib ki, noyabr ayının 11-də 15 yaşlı qızın qaçırılması barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirib və müəyyən edilib ki, Şəmkir rayon Kür qəsəbə sakini, 2007-ci il təvəllüdlü A.Qasımova (ad soyad şərtidir) Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü E.Mehdiyev ilə görüşüb, könüllü şəkildə qaçıblar.

Polis əməkdaşları onların yerini müəyyən edərək gənc qızın valideynlərinə təhvil verib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR