İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaçaqmalçı beynəlxalq təşkilata ritorik sual: “Niyə ölmürsən,utanmığdan?!”

2026 11.07.2023 12:00 Yazarlar A A

Ermənistan mətbuatı nəhayət, düz xəbər yaydı. Aylar idi ki, Laçın yolunun bağlı olduğunu, ermənilərin guya “blokadada saxlandığını” iddia edirdilər. Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına istinad edərək, “Azərbaycan BQXK-nı günahlandıraraq Laçın dəhlizini tamamilə bağladı” sərlövhəli xəbər tirajlayıblar.

Bax, bu, başqa məsələ. Düzdür, hələlik “dəhliz” deyirlər, amma öyrənəcəklər yol deməyə də. Deməyəcəklər, “Yumruq”la yola gətirəcəyik, yolsuzluq yolunu tutacaqlarsa, ağız-burunları əziləcək, heç “dəhliz”in d-sını da dilə gətirə bilməyəcəklər.

Bəli, Laçın Sərhəd Nəzarət Məntəqəsi qapadılıb, özünü humanitar təşkilat hesab edən və bu bayraq altında fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Laçın yolundan qanunsuz kommersiya fəaliyyəti ilə məşğul olmasının üstü çoxsaylı faktlar əsasında açılandan sonra. Bax, indi ermənilər də, onlara havadarlıq edənlər də Azərbaycanın rəsmi qurumlarına istinad edərək hər yerdə yaza, deyə bilərlər ki, Laşın yolu bağlanıb! Bağlanıb, əcəb olub! Başqa necə olmalıydı ki?

Beynəlxalq Qırmızı Xaç Komitəsi məhkəməyə müraciət edən əməkdaşına təzyiq  edir! | TVPress

DSX-nın yaydığı məlumatda bildirilir ki, Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıbar. Yəni hər hansı problem olmayıb. Baxmayaraq ki, digər sərhəd qapılarımız karantin qaydalarına uyğun olaraq qapalıdır, amma Azərbaycan humanistlik göstərərək ermənilərin hər iki tərəfə gediş-gəlişinə, BQXK-nin “xəstə” daşımalarına, humanitar yüklərinə “yaşıl işıq” yandırıb. Hətta bir ara – sərhəd qapısı qoyulduqdan sonra – erməni tərəf hay-küy salmışdı ki, Azərbaycan “Qırmızı Xaç”a qadağa qoyub, amma “Xaç”lılar fakt qarşısında qalıb təkzib etdilər, məlum oldu ki, sadəcə yoxlamaya məruz qalmamaqdan ötrü özləri Ermənstandan Qarabağa gəlmək istəmirlər. Əgər daşınan şəxslər və yüklər qanun çərçivəsindəydisə, niyə gəlmək istəmirdilər? “Cidanı çuvalda gizlətmək” mümkün olmadı. Həm də misal var: “...uzağı 40 gün çəkir”. Budur, Azərbaycan DSX-sı beynəlxalq təşkilatın fırıldaqçı əməllərini, cinayətkar fəaliyyətini faktlarla, foto-video dəlillərlə sübuta yetirib, səslərini belə çıxara bilmirlər.  DSX yalnız bir həftəlik faktları təqdim edib. Məlum olur ki, “ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanmışdır”. Buyurun: “əl yüklərinin arasında gizlədilmiş 15 ədəd mobil telefon”, “əl yüklərinin arasında gizlədilmiş 115 ədəd mobil telefon ekranları, 10 ədəd mobil telefon platası, 120 ədəd mobil telefon üçün qida bloku, 1 ədəd ekran yapışqanı”, “yük nəqliyyat vasitəsinin salonunda 17 adda 848 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 320 lt benzin”, “5 adda 125 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 1000 lt benzin”...

DSX əməkdaşlarının da maaşı artırıldı

Və “Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdır”.

Yekun olaraq...Rəsmi: “BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm dəölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır. Yuxarıda qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılmışdır. Bütün qaçaqmalçılıq faktları yerində əməliyyat çəkilişləri ilə sənədləşdirilmişdir”.

BQXK-nin Xersondakı ofisində yanğın baş verib

Hə, indi hansısa “ədalət”siz məhkəmə, hansısa “şura”, senat, ya konqresin, makronkimilər fəsiləsinin sözü varmı desin? Hansı ölkənin sərhəd qapısından bu şəkildə qaçaqmalçılıq məqsəsilə istifadə olunsa, susar?! Nəinki susar, hətta xaçlı olub-olmamasına baxmayaraq, araçılıq, “makler”lik edən təşkilatın şələsini belinə yükləyib rədd edər ərazisindən! Azərbaycanın digər sərhəd qapılarından, gömrük məntəqələrindən aksis markası olmayan bir qutu siqret gətirmək mümkün deyil, kimsə cəhd edirsə, cəzasını alır. BQXK isə Qarabağ ermənilərinə mənşəyi məlum olmayan tütün məmulatları daşıyır. Azərbaycan vətəndaşları şəxsi məqsədlər üçün dərman vasitəri gətirməkdə belə, çətinlik çəkirlər, hazırda qaydaların yumşaldılması üçün təkliflər hazırlanır. Belə olan təqdirdə ermənilərə niyə xüsusi üstünlük tanınmalıdır, “Xaç”lıların maklerliyi ilə?!

Azəriqaz: İndi Xankəndi şəhəri təbii qazla təmin olunur

Ümumilikdə, DSX-nın rəsmi məlumatından açıq-aydın görünür ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsindəki fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb. Təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıq fəaliyyəti göstəriblər. Ədalətli məhkəmə olarsa, bu qanun pozuntuları ilə bağlı beynəlxalq təşkilatı cəzalandıra bilər. Söhbət təkcə qaçaqmalçılıq yolu ilə ölkəmizin ərazisinə keçirilən siqaretdən getmir ki...Gizli daşınan benzinin də hansısa separatçının, terrorçunun texnikasının yanacaq çəninə tökülmədiyini kimsə istisna edə bilməz. Həmçinin “xəstə”, “qadın” qiyafəsində daşınan adamların da arasında terrorçuların olmadığını, onların külli miqdarda pulların qarşılığında bölgədən çıxarılmadığını, yaxud geri qaytarılmadığını inkiar edəcək arqumentlər mövcud deyil. Heç kim zəmanət verə bilməz ki, uzun müddətdir davam edən qaçaqmalçılıq fəaliyyəti zamanı bu təşkilatın vasitəsilə Azərbaycan ərazisinə Ermənistandan silah-sursat da daşınmayıb. Kim bilir, bəlkə elə son günlərədək Ermənistan istehsalı olan minalar da daşınıb Qarabağa. Yoxsa separatçı-terrorçu qruplaşmalar mühəndis-istehkam qurğularının qurulmasına hansı arsenal əsasında aktiv şəkildə cəhdlər edirlər son aylar? Hətta bunlar olmasa belə, gizli yolla keçirilən məhsullar Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilir. Nəticədə Azərbaycan itirir, Ermənistan isə qazanır. Bəlkə BQXK-nin nəzərində Azərbaycanla Ermənistan arasında vahid gömrük anlaşması var, bizim xəbərimiz yoxdur? Heç bir ölkə öz ərazisində belə qanunsuzluğun olmasına dözə bilməz və dözməməlidir! Ümumiyyətlə, BQX-nın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti qeyri-legitimdir, nə beynəlxalq, nə də Azərbaycan qanunları ilə tənzimlənmir. Nəyə görə Azərbaycanın suveren əraisində hansısa beynəlxalq təşkilatın başqa ölkədə yerləşən ofisi fəaliyyət göstərməlidir?! Axı BQX nın Bakı ofisi var. Hazırda BQX-nın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana dost olmayan ölkələrin vətəndaşları, Azərbaycana olduqca mənfi münasibət bəaləyən şəxslər var.Onların sərbəst fəaliyyətinə nəyə görə şərait yaradılmalıdır? Artıq belə şəxslərin bir neçəsi Azərbaycandan qovulub. Müharibə dövründə də BQX Azərbaycana qarşı pis mövqe tutmuşdu, bu təşkilatın nümayəndələri yalnız Ermənistanın maraqlarından çıxış edirdilər. Onların qaynar nöqtələrə daxil olaraq hərbi məlumatlar toplaması və düşmən tərəfə ötürmələrinə dair ciddi şübhələr mövcuddur. Quruma Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti ilə bağlı dəfələrlə xənərdarlıq olunub, aşkarlanmış qanun pozuntusu faktları təşkilatın diqqətinə çatdırılıb, amma heç bir tədbir görülməyib. Azərbaycan öz ərazisində belə qanunsuzluğa dözmək niyyətində deyil və vəziyyətə uyğun olaraq lazımi addımlar atılmalıdır. Artıq Azərbaycanın təmkinindən sui-istifadə edənləri yerində oturtmaq zamanıdır və vətəndaşlarımız bu məsələlərdə dövlətin yanındadır!

Qırmızı Xaç”ın kirli reputasiyası – Qurum Şuşanın azad edilməsinə necə mane  olmaq istəyib? – ŞOK faktlar

Beynəlxalq Qırmızı Xaç Komitəsi qeyri-qanuni olaraq Azərbaycanın Qarabağ İqtisadi rayonunda – Xankəndi şəhərində ofis açıb. Faktiki olaraq “maklerlik ofisi”-Xankəndi-Gorus-İrəvan arasında qanunsuz yüklərin, “xəstə” adı altında şübhəli şəxslərin istisna deyil ki, pul qarşılığında daşınması həyata keçirilir. Kim bilir, bəlkə elə baş terrorçu Arayik Arutyunyanın Xankəndidə 1 milyon dollara satışa çıxartdığı villasının satışından da onlara pay düşəcək...Bu illər ərzində Azərbaycan çox dözdü, artıq səbr kasası doldu. Təsəvvür edin, Bakıda saxlanılan erməni terrorçuların yanından ayrılmayan, vaxtaşırı onlara baş çəkən, ailələri ilə kommunikasiyalara vaxt ayıran “Xaç”lıların yadına düşmür Ermənistandakı iki hərbçimiz. Hansı ki, onlar yolu azıb hələ dəqiqləşdirilməyən, şərti adını daşıyan sərhədi  keçdiklərinə görə olmazın işgəncələrə məruz qaldılar, ardınca da üst-üstə 40 ilədək həbs cəzası verildi...”Qırmızı Xaç” hərbçimizin üz-gözündən axan al qırmızı qanı da görməzdən gəldi, İrəvan ofisi susdu, çünki başladı qarışmışdı Qarabağ ermənilərinin al-ver mallarına...

Adam sadəcə söz tapa bilmir. Hansı təşkilat olsaydı, Laçın sərhəd qapısında ifşadan sonra şələ-şüləsini yığışdırıb gedər, bir də Qarabağa sarı boylanmaz, təbii ki, Azərbaycandan üzr istəmək şərtilə...BQXK-nə bu aylarda çox xəbərdarlıq edilib, müxtəlif dillərdə. Elə DSX-nin məlumatında da xəbərdarlıqlardan nəticə çıxarılmadığı aydın olur. Görünür normal müraciətləri anlaya bilmirlər. Bəlkə qaçaqmalçı beynəlxalq təşkilata (?!) yazıçımızın diliylə ritorik sual ünvanlayaq, bəlkə təsiri oldu: “Niyə ölmürsən, utanmığdan?!” 

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR