İnsanlara hürriyət, millətlərə istiqlal!

Pyotr Tolstoyun Rusiya-Azərbaycan əlaqələrinə kölgə salan sərsəm fikirləri - Duma sədrinin müavini gerçəkləri niyə görmür...

2314 21.07.2023 15:27 Siyasət A A

Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Azərbaycan-Rusiya əlaqələrinə kölgə salan açıqlama verib.

Tolstoy deyib ki, Rusiya aparıcı dünya dövləti mövqeyinə malikdir, əvvəllər onun tərkibində olan ölkələr ondan asılı idi və bundan sonra da belə olacaq.

Onun fikrincə, Azərbaycan, Ermənistan və Ukrayna hansısa məqamda qərara gəldilər ki, onların başqa geosiyasi vektora nəzər yetirmək imkanı var. Lakin iqtisadi, siyasi, coğrafi və tarixi baxımdan bu ölkələr üçün Rusiyadan başqa istiqamət yoxdur:

 “Rusiya bu ərazilərdə sakitləşdirmə və nizam-intizam yaratmaq siyasəti aparır”, – deyə Tolstoy bildirib.

O deyib ki, Rusiya olmadan nə Ermənistan, nə Azərbaycan, nə də Ukrayna mövcud olacaq.

“Burada vacib olan budur. Qalan hər şey bu anlayışa əsaslanaraq nəticə verəcək”, – deyə rusiyalı deputat fikrini yekunlaşdırıb.

Tolstoy nə dediyini, deyəsən heç özü də anlamış deyil. O, bu açıqlaması ilə yuxarıda da qeyd etdiyimiz kimi birbaşa Rusiya-Azərbaycan münasibətlərinə kölgə salır. Azərbaycan hər zaman müstəqil siyasət aparıb ki, bunun da nəticəsi göz önündədir. Bu gün ölkəmizin istər Qərb dövlətləri, istərsə də şimal qonşusu ilə münasibətləri yüksək səviyyədədir. Bəziləri hələ də sovet dövrünün havasından çıxa bilmir. Elə zənn edirlər ki, hələ də dünya və Rusiya  20-ci əsrin əvvəlində olduğu kimidir. Görünür, Tolstoy da həmin şəxslərin sırasındadır.  Əslində, həmin zamanlarda da Tolstoyun saydığı dövlətlər Rusiya tərəfindən dəstək yox, təzyiq, işğal görüblər.

tezistarixigunler13.10.2021_1634141483.jpg (27 KB)

Azərbaycanın dövlətçilik təcrübəsi 1918-ci ildən başlayır. Xalqımızın mədəniyyət, milli kimlik tarixi isə heç də Rusiyadan geri qalmır. Bunu sübut edən faktlar kifayət qədərdir.

Azərbaycan 32 ildir müstəqil dövlət kimi inkişaf edir, beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvlərindən biridir.

Azərbaycan müstəqillik dövründə bir çox beynəlxalq təşkilatlara üzv olmuş və özünü etibarlı tərəfdaş kimi təsdiq edib. İndi də heç kimə sirr deyil ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu getdikcə artır. Bu da dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin daha da möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Bunu Rusiyada da yaxşı anlayırlar.

1625639218.833240.jpg (22 KB)

Azərbaycanın beynəlxalq aləmdəki rolu Vətən müharibəsində qazandığı parlaq qələbə ilə daha da yüksəlib. Azərbaycan öz 20 faizlik işğal altında olan ərazilərini azad etməklə, öz suverenliyini və ictimai-siyasi mövqeyini möhkəmləndirib. Eyni zamanda ölkəmiz enerji siyasəti ilə dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevrilib.  Bu gün Azərbaycana dünyanın tələbatı var. Regionda hər kəs Azərbaycanın yanında görünmək istəyir. Qarşımızda duranların isə aqibəti bəllidir...

Azərbaycan ayrıca Qoşulmama Hərəkatının  fəal üzvü, 2019-cu ildən sədridir. Bu təşkilat bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Bunları Tolstoy bilmirmi?

Son zamanlar təkcə Duma sədri deyil, Rusiya mediasında anti-Azərbaycan fikirlər səsləndirənlərin sayı artıb. Ölkəmizin əleyhinə kəskin hücumlar özünü açıq büruzə verir.

1673018954_1671868493_1648560089_rusiya.jpg (52 KB)

Rusiya XİN-in son açıqlamaları da göstərir ki, bu xətt təsadüfi deyil. Bu ittihamların və iddiaların haradan, hansı səbəbə qaynaqlandığı hamıya bəllidir.

Bütün dünya və eləcə də Rusiya bilməlidir ki, müstəqil dövlət kimi Azərbaycan öz ərazilərindəki proseslərə birbaşa nəzarət etmək hüququna malikdir. Ölkə qanunvericiliyi çərçivəsində bu proseslər tənzimlənir və bundan sonra da tənzimlənəcək.

Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla bütün məsələlər bu kontekstdə qiymətləndirilməlidir. Bu,  zəruri prosesdir və bu prosesə maneçilik törədilməsi cəhdləri iflasa məhkumdur.

-1f187c8b160405130415028318710351368.jpg (311 KB)

Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası mühüm və aktual bir mövzudur. Bu barədə Azərbaycanın mövqeyi və qətiyyəti bəllidir və dəfələrlə bu barədə yazmışıq.

Azərbaycan indiyə qədər haqq yolunda inamla irəliləyib. Azərbaycan prezidenti İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində dövlətimiz hər zaman öndə olub, öz müstəqil siyasətini yürüdüb. Hərb meydanındakı uğurlarımız, düşmənə verilən dərs də nə düşmənin, nə də onun havadarlarının və dünyanın yadından çıxmayıb. Bunu hər kəs bilməli və ölkəmizə qarşı bu hücumların  müəllifləri və icraçıları başa düşməlidirlər ki, bu yolla Azərbaycana təsir göstərmək, onu yolundan döndərmək mümkün deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR