Rusiya və Şimali Koreyanın xarici işlər nazirləri Sergey Lavrov və Li Yon Xo Pxenyanda danışıqlara başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, görüş Ali Xalq Məclisinin binasında keçirilir.
Sergey Lavrov KXDR-ə cümə axşamı yarımadadakı vəziyyəti müzakirə etmək üçün yollanıb.
Bundan əvvəl verilən məlumata görə, tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin əsas beynəlxalq və regional problemləri nəzərdən keçirəcəklər.






