İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin xüsusi nümayəndəsindən Trampla bağlı İLGİNC AÇIQLAMA

762 04.04.2025 14:59 Dünya A A

Donald Tramp administrasiyası üçüncü dünya müharibəsinin qarşısını alıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev “Fox News” telekanalına verdiyi müsahibədə danışıb.

“Biz yaxşı müzakirələr aparırıq. Diplomatlarımız da mümkün nəticələri müzakirə edirlər. Amma heç bir şübhə yoxdur ki, prezident Trampın komandası təkcə üçüncü dünya müharibəsinin qarşısını almayıb, həm də Ukraynadakı vəziyyətin nizamlanması sahəsində əhəmiyyətli irəliləyiş əldə edib”, - deyə Dmitriyev bildirib.

Deyib ki, Donald Tramp administrasiyası Rusiyanın mövqeyini eşidir və onun narahatlıqlarını anlayır.

“Tramp administrasiyası və onun əsas nümayəndələri Rusiya-ABŞ münasibətləri çərçivəsində bütün məsələlərin həllinə yönəliblər. Onlar geosiyasi məsələlərin həllinə də ciddi yanaşırlar və Rusiyanın bu mövzulardakı mövqeyini eşidirlər”, - deyə Kirill Dmitriyev vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR