Putinin xüsusi nümayəndəsi: "Qarabağ münaqişəsinin tənzimlənməsi həm də ziyalılardan asılıdır"
Qarabağ münaqişəsinin tənzimlənməsi həm də Ermənistan və Azərbaycan ziyalılarından asılıdır. Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, bunu bu gün Rusiya prezidentinin beynəlxalq və mədəni əmıkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
Şvıdkoy Ermənistana bu ölkənin mədəniyyət naziri Asmik Poqosyanla həmsədri olduğu MDB Dövlətlərarası humanitar əməkdaşlıq fondu çərçivəsində proqramları müzakirə etmək üçün gəlib.
«İki ölkə areasında tənzimlənmə nə qədər çətin, nə qədər ağrılı keçsə də, ziyalılardan çox şey asılıdır. Bütün müharibələr sülhlə bitir. İstəməzdim ki, Cənubi Qafqazdakı bu vəziyyət onillərlə, yüzillərlə davam etsin. Heç bir ideya erməni və azərbaycanlı uşaqlarının qanının buircə damlasına da dəymir», - Şvıdkoy deyib.
Şvıdkoyun yaxın zamanlarda Azərbaycana da səfəri gözlənilir.






