İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclasında maraqlı məqam - VİDEO

2984 15.04.2022 17:33 Gündəm A A

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib. İclas zamanı humanitar siyasət konsepsiyası, eləcə də Ukraynadakı əməliyyatlar müzakirə edilib.

Bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, aktual məsələlərlə yanaşı, Rusiya Federasiyasının humanitar siyasətinin konsepsiyası nəzərdən keçirilib.

Yeri gəlmişkən, operativ iclasda maraqlı bir məqam sosial şəbəkə istifadəçilərinin nəzərindən yayınmayıb. Belə ki, çəkiliş başlayan kimi prezident cəld masanın üzərindəki kağızların yazı olan tərəfini tərsinə çevirib. Onun bu hərəkəti sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR