Bir neçə gün öncə Rusiya Prezidenti Putindən müsahibə götürən ABŞ jurnalisti Hadley Gamble geniş müzakirə obyektinə çevrilib.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, aparıcı qadının mini ətəkdə ayaqlarını bir-birinin üstünə aşırıb, tez-tez Putinə tərəf tuşlaması Rusiyada sərt şəkildə tənqid edilib.
Avropadakı qaz böhranı ilə bağlı Putinə suaklar verən amerikalı qadın aparıcının bu cür davranışları ruslar tərəfindən "cazibədarlığından istifadə edərək, prezidentin fikrini yayındırmaq istəyi" kimi şərh edilib. Şərhçilər aparıcı haqda "Tənqiddən qorxmadan özünü açıq şəkildə cinsi obyekt kimi təqdim etdi", deyə fikirlər səsləndiriblər.
Qeyd edək ki, Putin Rusiyanın Avropaya qaz tədarükü ilə bağlı sualı cavablandırsa da, aparıcı qadın eyni sualı yenidən təkrarlayıb. Verdiyi cavabı dinlənilmədiyini hesab edən Putin, "Qarşımda çox gözəl qadın var, amma sanki dediklərimə qulaq asmır. Amma cavabı yenidən təkrarlayacam", deyə bildirib.
Xalidə Gəray
Musavat.com






