İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putinin qaçması istisna deyildi, ona görə razılaşdılar ki...” – Politoloqdan ŞOK açıqlamalar

1901 25.06.2023 20:04 Gündəm A A

“Reallıq odur ki, Putin qorxdu. Priqojinin dəstələri belə asanlıqla bir sıra şəhərləri alandan, Moskvaya yaxınlaşandan sonra Putin başa düşdü ki, “Vaqner” paytaxtı da asanlıqla ala bilər, qan tökülə bilər”.

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

fikret.jpg (101 KB)

Politoloq bildirib ki, Putinin qaçması istisna deyildi:

“Ona görə də güzəştli qərar qəbul olundu. Hesab edirəm ki, bu, müvəqqəti bir sazişdir. Çünki Putin heç vaxt öz düşmənlərinə güzəştə getmir. Putin Priqojinin Belarusa yönlənməsi ilə bağlı razılıq verib, amma onun nə vaxtsa öz maraqlarına cavab verən addım atması istisna deyil. Priqojin öz ölümünə imza atıb. Güzəştli razılaşma sadəcə olaraq hər iki tərəfin maraqlarına cavab verir. Amma əslində bu razılığın gələcəyi yoxdur”.

Politoloq Priqojinin yaxın zamanda öldürüləcəyini düşünmür:

“Çünki bu addımı Putinin adına yazacaqlar. Putin bu məsələlərdə peşəkar insandır. Müəyyən bir müddətdən sonra Priqojini yoxa çıxartmağa çalışacaq. Çünki Priqojin artıq onun 1 nömrəli düşməninə çevrilib. Vaxtilə Putinin yanında olan, ona xidmət edən, müəyyən dərəcədə köməklik edən Priqojin müəyyən müddətdən sonra yoxa çıxacaq. Amma bu, yaxın gələcəyin məsələsi deyil. Bu məsələdə Belarus prezidenti var, onun zəmanəti var, müəyyən danışıqlar gedib. Hər halda Priqojinin aqibəti artıq həll olunub. O, gec, ya da tez aradan götürüləcək”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR