İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putinin növbəti addımını proqnozlaşdırmaq çətindir..." - KƏŞFİYYAT MƏLUMATI YAYILDI

1237 10.05.2022 22:13 Dünya A A

“Putinin növbəti addımını proqnozlaşdırmaq çətin olacaq, çünki qismən Putin öz ambisiyaları ilə Rusiya ordusunun hazırkı potensialı arasında uyğunsuzluqla üzləşir”.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Milli Kəşfiyyatın Xidmətinin direktoru Avril Hayns deyib.

ABŞ kəşfiyyat ictimaiyyəti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada apardığı müharibə yaxın aylarda daha ​​gözlənilməz olacaq və kəskinləşəcək.

Hayns Putinin işğalının növbəti mərhələsinin acınacaqlı və qeyri-müəyyən mənzərə yaradacağını qeyd edib: “Putinin növbəti addımını proqnozlaşdırmaq çətin olacaq, çünki qismən Putin öz ambisiyaları ilə Rusiya ordusunun hazırkı potensialı arasında uyğunsuzluqla üzləşir. Hazırkı vəziyyət Putinin daha güclü addımlar atması ehtimalını artıra bilər: o cümlədən, hərbi vəziyyət, sənaye istehsalının istiqamətinin dəyişdirilməsi və ya hərbi əməliyyatların potensial eskalasiyası”.

Onun sözlərinə görə, kəşfiyyat ictimaiyyəti Putinin Rusiyanın mövcudluğundan təhlükə hiss etməsə, nüvə silahından istifadə edəcəyinə inanmır.

Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri general-leytenant Skott Berrier də bildirib ki, ABŞ yaxın gələcəkdə Rusiyanın taktiki və ya döyüş nüvə silahından istifadə edəcəyini gözləmir.

Hayns həmçinin bildirib ki, Putinin məqsədləri Donbassdan çox-çox kənara çıxır.

“Uğur qazansalar belə, Donbassdakı döyüşlərin əslində müharibəni bitirəcəyinə əmin deyilik”, - o deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Putin Donetsk və Luqansk vilayətlərini ələ keçirmək, Xerson şəhərinə nəzarəti ələ almaq və potensial olaraq tanınmamış Dnestryanı əraziyə quru yolunu genişləndirmək istəyir. Lakin kəşfiyyat ictimaiyyəti hesab edir ki, Dnestryanıya nail olmaq üçün Putin Rusiya daxilində tam səfərbər olmalıdır.

“Həm Rusiya, həm də Ukrayna hərbi sahədə irəliləyiş əldə etməyə davam edə biləcəklərinə inandıqlarına görə, ən azı qısa müddətdə danışıqlar üçün əlverişli yol görmürük”, - Haynes bildirib.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR