İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Moskva çayı sahilində gizli bunkeri var? – Peskovdan açıqlama

1409 13.04.2021 16:25 Ölkə A A

Kremlin sözçüsü Dmitri Peskov Putinin Federal Məclisə illik müraciətinin hansısa "gizli bunker”də hazırlanması ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edib.

"İllik müraciət Kremldə hazırlanır. Hazırlıq prosesində Nazirlər Kabinetinin üzvləri də daxil olmaqla, ən müxtəlif ekspert qrupları fəal surətdə iştirak edir. Burada heç bir sirr yoxdur ”,- deyə Rusiya liderinin mətbuat katibi bildirib.

Sfera.az-ın "İnterfaks”-a istinadla məlumatına görə, Peskov qeyd edib ki, mətbuatda təqdim edilən məlumatlara zidd olaraq, çayın o üzündə, Ağ evlə qarşı-qarşıya bunker deyil, hökumətin Koordinasiya Mərkəzi yerləşir. Hökumətin koordinasiya tapşırıqlarını yerinə yetirmək üçün yaradılan sözügedən mərkəz geniş konfrans salonunda fəaliyyət göstərir.

"Orada gizli heç nə yoxdur. Mərkəzin ziyarətçiləri arasında müxtəlif sahələr üzrə ekspertlər, biznes və hakimiyyət nümayəndələri, millət vəkilləri də var”,-deyən Kreml rəsmisi dövlət başçısının yaxın vaxtlarda mərkəzi ziyarət edəcəyini qeyd etməyi də unutmayıb.

Qeyd edeək ki, bir müddət əvvəl Bloomberg mənbələrə istinadla məmurlar Putinin illik müraciətini Moskva çayının sahilində yerləşən yüksək texnologiyalı gizli yeraltı bunkerdə hazırladıqlarını iddia etmişdi.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin aprelin 21-də Federal Məclisə müraciəti olacaq. Əvvəlki müraciət 2020-ci ilin yanvarında baş tutmuşdu. O zaman prezident Rusiya Konstitusiyasına dəyişikliklər etməyi təklif etmişdi. Ötən ilin noyabrında təqvim ilinin sonunadək müraciətin səsləndirilməsi üçün hüquqi öhdəlik olmadığını əsas gətirən Kreml illik müraciətin 2021-ci ilə keçirildiyini elan etmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR