İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin köməkçisindən səfər öncəsi önəmli açıqlamalar: "Türkiyə ilə əlaqələrimizi genişləndirəcəyik"

1425 03.04.2018 10:22 Son xəbər A A

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putinin Türkiyəyə edəcəyi səfərlə bağlı bəzi detalları açqlayıb. O, Türkiyə ilə iqtisadi əlaqələri genişləndirməyi planlaşdırqılarını bəyan edib.

Musavat.com xəbər verir ki, prezidentin köməkçisi Türkiyə ilə Rusiya arasında sənaye, nəqliyyat və tikinti sahələri üzrə də müzakirələrin aparılacağını deyib.

Yuriy Uşakov bildirib ki, "GAZEL Business" layihəsi çərçivəsində nəqliyyat vasitələrinin quraşdırılması ilə bağlı istehsal sahəsində bir iş birliyi qurula bilər.

Prezidentin kömkçisi daha sonra Rusiyanın avtomobil nəhənglərindən olan "GAZ Grup"un Türkiyədə də filalının açılacağını bildirib. O, "GAZ Grup"la birgə GAZel Next, Ural Next və yeni avtobus modelləri ilə Türkiyədə biznes əlaqələrini genişləndirəcəklərini qeyd edib.



Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin aprelin 3-4-də Türkiyəyə səfər edəcək. Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşəcək. Tərəflər energetika sahəsinə dair strateji layihələri, Suriya məsələsi də daxil olmaqla, regional və beynəlxalq problemləri müzakirə edəcək.

Musavat.com

Картинки по запросу putin ərdoğan

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR