İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin adamı Ukraynanı təhdid etdi - "Kiyev üçün pis olacaq..."

2090 10.10.2014 16:30 Son xəbər A A
MDB-nin icraçı katibi Sergey Lebedev Minsk çıxışında bildirib ki, əgər Ukrayna MDB-dən çıxsa, bu təşkilatın digər üzvlərinə böyük zərbə olacaq. 

Avropa.info-nun məlumatına görə, Lebedev əmin olduğunu deyib, Ukraynanın MDB-də imtinasının ilk növbədə Ukrayna üçün mənfi nəticələri olacaq.

Lebedev bildirib ki, Ukrayna iqtisadi potensialına görə Rusiyadan sonra ikinci ölkədir. Bu itki özünü kifayət qədər hiss etdirəcək. 
Lebedev deyib ki, elə bir düstur tapmaq olar ki, Ukrayna Avropa İttifaqı ilə münasibətlərinə xələl gətirmədən digər MDB dövlətləri ilə iqtisadi əlaqələrini saxlasın. O, Ukraynanın MDB-dən çıxmayacağına əmin olduğunu bildirib. 

Lebedev Putinin ən yaxın adamlarından biri sayılır. O, 2000-2007-ci illər arası Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı işləyib. 2007-ci ilin oktyabrından MDB-də icraçı katib vəzifəsi daşıyır. 
Minskdəki sammitə Ukrayna nümayəndə heyəti göndərməmişdi. Belarusdakı Ukrayna səfiri görüşdə təmsilçi kimi çıxış edir. MDB-ni tərk etmək haqda qərar bu ilin mart ayında səsləndirilmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR