İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə sui-qəsddə ittiham olunan şəxsin azadlığı tələb olundu

1449 23.05.2014 11:30 Region A A
Ukraynalı deputatlar Rusiya Federasiyasının prezidenti Vladimir Putinə qarşı sui-qəsd hazırlamaqda ittiham olunan Adəm Osmayevin azadlığa buraxılmasını istəyib.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 2012-ci ilin avqustunda Odessada həbs olunan Adəm Osmayev yaxın zamanda azadlığa buraxıla bilər.

Ukraynalı deputatlar baş prokurur Qenadi Maxinçuka müraciət edərək Osmayevin işinə yenidən baxılmasını istəyiblər.

Qeyd edək ki, Adəm Osmayev 2007-ci ildən Çeçenistan prezidenti Ramzan Kadırova sui-qəsd hazırlığında şübhəli bilinərək, axtarışa verilb 4 nəfərlə birgə həbs edilmişdi. Lakin Osmayev bir neçə gün həbsdə olsa da, dəlil yetərsizliyi ucbatından məhkəmə onu azad etmişdi.

Osmayev Londona gedərək oradan çeçen mücahidlərinin lideri Doku Umarovla əlaqə yaratmışdı. Umarovun təşəbbüsü ilə Ukraynana gələn Osmayev orada partlayıcı hazırlanması və onun partladılması üçün təəlimlər keçib. Osmayev Umarovdan təlimat gözləyərək Moskvaya getməli və Putin avtomobillə hərəkət edən zaman onun keçdiyi ərazilərdən birində partlayış törətməli idi.

Osmayev bütün bunları məhkəmədə etiraf etmişdi. Amma Osmayevin vəkilləri və yaxınları o vaxtkı Rusiya Ukrayna hüquq-mühafizə orqanlarının apardığı istintaqı şübhə altına alaraq, Osmayevin günahsız olduğunu bildiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR