İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə meydan oxuyan "Ölüm manqası" haqqında bimədiyiniz ŞOK FAKTLAR - DOSYE

1648 25.06.2023 18:36 Gündəm A A

Rusiya son illərin ən aktiv saatlarını yaşayır.

Rusiya ordusunun Ukraynadakı qüvvələrinin dörddə birini təşkil edən Vaqner qrupu təxminən 25 min əsgərlə üsyana başlaması gündəm olub. Dünən Rostov şəhərini nəzarət altına aldığını bəyan edən Vaqner Moskvaya doğru irəliləyəcəyini açıqlamışdı. Hərbi qiyam zamanı Putin Vaqner qrupuna işarə edərək, “Bu, xəyanətdir, lazım olanı edəcəyik” demişdi. Lakin sonradan  “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin geri qayıtdıqlarını açıqlayıb. Vaqner rəhbəri Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlardan sonra hərbi kolonunu geriyə döndərdiyini və əks istiqamətdə geri çəkildiyini bildirib. O qeyd edib ki, bu addımı qan tökülməməsi üçün atır, razılaşdırılmış plana müvafiq olaraq silahlı dəstə səhra düşərgəsinə qayıdıb.

Bəs bu Vaqner qrupu kimdir? 

Musavat.com Vaqner qrupu haqqında maraqlı faktları təqdim edir.

wagner rostov.jpg (67 KB)

Üzvləri əsasən keçmiş məhkumlardan ibarət olan Vaqner qrupu Yaxın Şərq, Afrika və Krımın ilhaqı zamanı fəaliyyətləri ilə tanınır. 2015-ci ildə Suriyadakı müharibədə mühüm vəzifə yerinə yetirdiyi bilinən Vaqner qrupunun dünyanın müxtəlif yerlərindəki hərbi fəaliyyətləri də məlumdur. Böhran bölgələrində oynadığı kritik rollarla gündəmə gələn Vaqner bu günlərdə Rusiyada etdiyi hərbi qiyamla dünya mətbuatının gündəminə çevrilib.

Şirkətinin Kreml Sarayını ərzaqla təmin etdiyinə görə “şef” ləqəbli ilə də tanınan varlı iş adamı Yevgeni Priqojin və keçmiş rus kəşfiyyatçı Dmitri Utkinə məxsus təhlükəsizlik şirkəti “Vaqner qrupu” 2014-cü ildə Donbas münaqişəsində Rusiyanın müdafiə etdiyi separatçılara dəstək məqsədilə yaradılıb.

Əsasən məhkumlardan ibarət olan Vaqner qrupu Ukraynadan başqa Suriyadakı vətəndaş müharibəsi də daxil olmaqla, Yaxın Şərq və Afrikadakı müxtəlif münaqişələrə qoşun göndərib.

s-6be61ef20be4084a7a099fa7cdc0f8.jpg (52 KB)

Britaniya kəşfiyyatının məlumatına görə, Ukraynada fəaliyyət göstərən Vaqner qoşunlarının sayı 50 min nəfərdir, bu da Rusiyanın ümumi gücünün dörddə birini təşkil edir.

Rusiyanın Ukraynanın bəzi hissələrinə nəzarəti əldə etməsində mühüm rol oynadığını iddia edən Vaqner həm də “müharibə cinayətləri” və insan haqlarının pozulmasında ittiham olunur. Texniki cəhətdən özəl hərbi şirkətlərin (PMC) fəaliyyətində iştirak edərək Rusiya qanunlarını pozan Vaqner ABŞ tərəfindən də “mühüm transmilli cinayət təşkilatı” hesab edilir.

2014-cü ildə qurulduğu zaman Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən və 5000-ə yaxın döyüşçüsü olduğu düşünülən gizli təşkilat olan Vaqner o vaxtdan bəri xeyli böyüyüb.

İlk dəfə 2014-cü ildə Rusiyanın Krım yarımadasını qeyri-qanuni ilhaqı ilə Ukrayna-Rusiya münaqişəsinə qarışan Vaqner bu addımı ilə dünya miqyasında ad çıxarıb.

17261820-728xauto.jpg (55 KB)

Rusiya-Ukrayna müharibəsinin başlamasından bir ay keçdikdən sonra Vaqnerin muzdluları 28 mart 2022-ci ildə Ukraynaya yerləşdirildi.

ABŞ Milli Təhlükəsizlik Şurasının verdiyi məlumata görə, Ukraynadakı qoşunlarının təxminən 80 faizi həbsxanalardan çıxarıldığı halda, Ukraynanın şərqindəki Baxmut şəhərinin Rusiya tərəfindən ələ keçirilməsində Vaqner Qrupunun güclü təsiri olduğu bildirilib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vaqnerin Ukraynada istifadə etmək üçün Şimali Koreyadan silah aldığını bildirmişdi.

Qeyd olunur ki, “Vaqner” qrupu Mali, Madaqaskar, Mozambik, Sudan, Burkina Faso, Liviya və Mərkəzi Afrika Respublikasında da fəaliyyət göstərir.

1440x810_cmsv2_a0b0d8e3-e6e3-583.jpg (257 KB)

ABŞ Hərbi Akademiyasının Vest-Poyntdakı Terrorla Mübarizə Mərkəzindən verilən məlumata görə, Ukraynadan kənarda Vaqner qrupu regional münaqişələrdə də iştirak edib və Rusiyanın təsirini genişləndirdiyi bir çox Afrika və Yaxın Şərq ölkələrində də fəaliyyət göstərib.

Digər tərəfdən, Vaqner qrupu Suriya vətəndaş müharibəsində Əsəd administrasiyasına dəstək üçün 2015-ci ildə qoşun göndərmişdi. Ölkənin şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftarın qüvvələrinə dəstək verən Vaqner qruplaşmasına bağlı muzdlular da var. 

Hazırda Mərkəzi Afrika Respublikasındakı almaz mədənlərini qorumaq üçün dəvət edilən Vaqner qrupunun Sudandakı qızıl mədənlərinin təhlükəsizliyini təmin edəcəyi düşünülür. Mali hökuməti ölkədəki silahlı qruplaşmalara qarşı Vaqner qrupundan istifadə edir.

Vaqnerin qızıl hasilatı və qaçaqmalçılıqla da məşğul olduğunu qeyd edilir. Vaqnerin bu üsullarla Qərbin sanksiyalarının təsirini azaltmağa çalışdığı deyilir.

Bir çox ölkədə fəaliyyət göstərən “Vaqner” muzdlularının hərbi cinayətlər törətdiyi və insan haqlarının pozulması ilə bağlı iddialar da gündəmdədir.

VAQN.jpg (66 KB)

Ukrayna prokurorları iddia edir ki, Vaqner Qrupunun üç muzdlusu 2022-ci ilin aprelində Kiyev yaxınlığında rus qoşunları ilə yanaşı mülki şəxsləri də öldürüb və onlara işgəncə verib.

Bundan əlavə, Alman kəşfiyyatı Vaqner muzdlularının 2022-ci ilin martında Buçada mülki əhalini qətlə yetirmiş ola biləcəyini açıqlayıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Vaqner qrupunun Birləşmiş Millətlər Təşkilatının (BMT) silah embarqosunu pozduğuna və "Mülki əhalinin təhlükəsizliyini nəzərə almadan Livanın Tripoli şəhəri və ətrafına minalar və əldəqayırma partlayıcı qurğular yerləşdirdiyinə" dair sübutları var. 

_y2yBXflk02CUWnAON0FUg.jpg (107 KB)

BMT və Fransa hökuməti Vaqner muzdlularını Mərkəzi Afrika Respublikasında mülki şəxsləri zorlamaqda və qarət etməkdə ittiham edib.

Vaqnerin qurucusu Priqojin dəfələrlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ukrayna ordusunun başçısı Valeri Gerasimovu “səriştəsizlikdə” ittiham edib. Rus muzdlu qruplaşması kimi tanınan Vaqner qrupunun ayda 100 min rubl, yəni 1700 dollar qazandığı öyrənilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR