İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin yeni Napoleondur, Obama isə yazıq oldu” - “Forbes”dən sensasion yazı

1907 09.09.2014 08:05 Dünya A A

Dünyaca ünlü “Forbes” yazır ki, Ukrayna böhranının nəticəsindən asılı olmayaraq Vladimir Putinin nüfuzu daha da güclənəcək: “Mahiyyətdə Putin  yeni Napoleondur. O, Krımı ələ keçirdi, Ukraynanın şərq tərəfində rusdilli insanların Kiyevə qarşı müqavimətini gücləndirdi”.
Müəllif yazır ki, Barak Obama haqqında isə bunu demək olmaz. “Google-də ”Obama + wimp"ə axtarış versən (wimp-yazıq, zəif anlamında) milyondan çox nəticə göstərəcək.  

Ancaq problem təkcə Obamanın şəxsi keyfiyyətləri ilə bağlı deyil. Son 60 ildə Amerika bütün təzyiq rıçaqlarından imtina edib, halbuki məhz həmin rıçaqlara görə dünya siyasətində üstün mövqedə idi. İndi isə vəziyyət o həddə çatıb ki, Cənubi Koreya kimi uzun zamanların müttəfiqi da Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalardan boyun qaçırmaq istəyir. Yaponiya da bu sanksiyalara soyuq yanaşır. 

Hətta Avropada da vəziyyət birmənalı deyil. İrlandiya, İtaliya, İspaniya, Kipr, Yunanıstan və Bolqarıstan Rusiyaya simpatiya bəsləyirlər. Bu sanksiyaları əsasən Polşa və üç Baltikyanı ölkə ürəkdən dəstəkləyir. Bir çox Avropa ölkələri isə bu məsələdə orta mövqedə qalıblar".

Elbəyi HƏSƏNLİ, Sürix 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR