"Putin Yanukoviçi yenidən hakimiyyətə qaytarmağa hazırlaşır"
"Putin Yanukoviçi yenidən hakimiyyətə hazırlayır". "Axar.az" xəbər verir ki, bu iddia ilə ukraynalı ekspert Qriqori Perepeliça çıxış edib.
O, Yanukoviçin hakimiyyətə gətirilməsi ilə bağlı artıq Kremldə planın hazır olduğunu bildirib: "Yanukoviçin son mətbuat konfransı artıq bu planın hazır olduğunu göstərdi. Putin tezliklə Prezident Administrasiyasını ələ keçirməyə hazırlaşır. Buranı tutduqdan sonra isə Yanukoviç hakimiyyətə "Kiçik Rusiya"nın qubernatoru kimi gətiriləcək".






