İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Xankəndi ermənilərinə YARDIM göndərdi, nə baş verir? Gizlinlər CANLI-da

1631 22.11.2023 16:00 Son xəbər A A

Vaşinqton və London sülh danışıqlarını ikitərəfli aparmağı Bakı ilə İrəvana təklif edib, Bakı da sərhəddə görüşə hazırdı. İrəvan bu formata razılıq verdiyini bəyan edib.

Musavat.com bildirir ki, Ermənistan prezidenti, spikeri və XİN-i bir gündə analoji açıqlamalar verərək sülh danışıqlarının vacibliyini vurğulayıblar.

Belə vaxtda isə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım çatdıracaq.

Bu barədə TASS-a Nazirliyin mətbuat xidməti bildirib. Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 xüsusi təyinatlı təyyarəsi Jukovski Beynəlxalq Hava Limanından İrəvan hava limanına uçub.

Təyyarə ümumi çəkisi 40 ton olan humanitar yükü, o cümlədən ərzaq, ədyal, yorğan-döşək dəsti, səyyar elektrik stansiyası aparıb - mətbuat xidmətindən bildiriblər. Humanitar yük Rusiya prezidentinin göstərişinə əsasən və Rusiya Federasiyası hökuməti adından həyata keçirilir.

“Yaxın Şərqdəki müharibə bölgəmizdə böyük qruplaşmaların yaranmasına səbəb olub”. Bu sözləri isə rusiyalı ermənipərəst politoloq, Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov deyib.

O iddia edib ki, Azərbaycan artıq Rusiya ilə münasibətlərə fərqli baxır: “Əgər əvvəllər Azərbaycan öz ərazisində Rusiyanın mövcudluğuna qarşı idisə, bu gün əksinə, Rusiyanın mövcudluğunun tərəfdarına çevrilir.

Ermənilərin Rusiyanın yeganə müttəfiqi olmasından narahat idilər, amma Putin Əliyevlə işləməyə başladı. Gümrü bazası Ermənistandan çıxsa, Kürdəmirdə və Gəncədə dayanacağıq, buna əminəm”.

Bu arada, Kreml təsdiqlədi, Paşinyan KTMT-nin sabahkı iclasında iştirak etməyəcək, spiker Simonyan da getmir. “Paşinyanın gəlişinin Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir edəcəyi barədə xəbərdarlıq etmişdim, lakin mənə qulaq asmadılar”.
Bunu isə Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin deyib. “Dedilər ki, mən reallıqdan uzağam: “Onu xalq dəstəkləyir, Rusiya ümumiyyətlə müxalifətlə əməkdaşlıq edə bilməz, prinsipial xətt var, rəhbərlərlə, rəsmi hakimiyyətlə işləyirik”.

Nikol 2021-ci ildə növbədənkənar parlament seçkisi keçirmək qərarına gəldikdən sonra erməni müxalifət Rusiyaya üz tutdu və ona hansısa formada açıq şəkildə dəstək verməsini istədi. Rusiya bundan imtina etdi və bildirdi ki, Ermənistan müxalifəti hakimiyyətə gəlsə, Qarabağda müharibəyə son qoyan 9/10 noyabr Üçtərəfli Bəyanatdan imtina edəcək.

Sənəddən imtina yeni müharibəyə səbəb ola bilərdi. Dedilər ki, qətiyyən olmaz! Nə danışırsınız?! Birdən Paşinyanın başına bir iş gələr. Axı o, Bəyanatı imzalayan üç nəfərdən biridir. Nikol yoxdusa, yenə düşmənçilik başlayacaq, biz (Moskva - red.) də prosesə qarışacağıq, qarışmaq istəmirik, öz işimiz var, ona (Paşinyana - red.) toxunmayın”, - o bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Elşad Paşasoyla söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR