İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Vaqnerə təslim olan Rostov polislərini MÜKAFATLANDIRDI

1866 28.06.2023 17:57 Gündəm A A

Rusiya prezidenti Vladimir Putin Rostov təhlükəsizlik qüvvələrini “vəzifələrini yerinə yetirdiklərinə” görə mükafatlandırıb.

Halbuki “Vaqner” ÖHŞ-nin bilrikləri şəhəri elə qiyamın ilk günündə, heç bir müqavimətə rast gəlmədən ələ keçirmişdi.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “161” portalı məlumt yayıb.

Gələn məlumatlara əsasən Rostovdan onlarla polis və təhlükəsizlik işçisi mükafatlandırılmaq üçün Kremlə gedib.

Görüş Kremlin kilsə meydanında baş tutub. Putin təhlükəsizlik qüvvələrinə və hərbçilərə “vətəndaş müharibəsini dayandırdıqları, aydın və ardıcıl hərəkət etdikləri üçün” təşəkkür edib.

Xatırladaq ki, Rostov “Vaqner” qüvvələrinin daxil olduğu ilk şəhər olub. Muzdlular Cənub Hərbi Dairəsinin qərargahını və mərkəzi küçələri zəbt ediblər. İyunun 25-də muzdlular şəhəri tərk edib, polis isə geri qayıdıb. Şəhər sakinləri onları “ar olsun” şüarları ilə qarşılayıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR