Putin Təhlükəsizlik Şurasının operativ müşavirəsini keçirdi
Rusiya Federasiyası prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib.
İTAR-TASS-ın verdiyi məlumata görə, bu barədə Putinin mətbuat katibi Dmitri Puskov bildirib.
Onun sözlərinə görə, müşavirədə Ukraynanın şərqindəki böhranın sülh yolu ilə nizamlanması, həmçinin bölgəyə humanitar yardımların göndərilməsi müzakirə edilib.
Müşavirədə baş nazir Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Serqey İvanov, Federasiya Şurasının spikeri Valentina Matviyenko, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov iştirak ediblər (Publika.az).






