İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Təhlükəsizlik Şurasına “DXR” və “LXR”nin tanınması məsələsinə baxmağı tapşırdı YENİLƏNDİ

689 21.02.2022 19:24 Dünya A A

Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının iclasında qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nın "dövlət başçıları"nın, habelə Dövlət Duması bu qurumların müstəqilliyinin tanınması ilə bağlı müraciətləri üzrə Təhlükəsizlik Şurası üzvlərinin rəyini dinləmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya əvvəldən "Kiyev və Donbass arasındakı ziddiyyətləri" sülh yolu ilə həll etmək üçün hər şeyi edib.

"Hadisələrin gedişatı göstərir ki, Ukraynanın hazırkı hakimiyyəti Minsk razılaşmalarını yerinə yetirmək fikrində deyil", - Putin bildirib.

***

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı separatçı respublikaların tanınması məsələsinin müzakirəyə çıxarılmasını təklif edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında “Luqansk və Donetsk Xalq Respublikaları”nın tanınması məsələsini qaldırıb.

O diqqətə çatdırıb ki, Dövlət Dumasının prezidentə müraciətində qeyd olunan “DXR” və “LXR”-in tanınması ilə bağlı suala cavab vermək lazımdır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR