İnsanlara hürriyət, millətlərə istiqlal!

PUTİN SƏRKİSYANDAN GİZLİ QARABAĞ DANIŞIQLARININ AÇIQLAMASINI TƏLƏB EDİB

3850 06.11.2010 09:01 Gündəm A A
Rusiya ərazisində fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqəni kəsmək, korrupsiyada və digər cinayətlərdə adı hallanan bir neçə naziri və oliqarxı cinayət məsuliyyətinə cəlb etmək, nəhayət, Qarabağ məsələsinin nizamlanmasına dair mövqeyini qətiləşdirərək Türkiyə, Azərbaycan və ABŞ-la Rusiyadan gizli aparılan danışıqların protokollarını dərc etmək. Bildirilir ki, bu tələblərin birinci və ikinci bəndləri  yerinə yetirilməsə Rusiyadakı “Birlik” adlı erməni klubunun rəhbəri Smbat Qaraxanyana Ermənistan hakimiyyətinin cinayətkar qruplaşmalarla əlaqələrinə, narkotrafikdə, narkobiznesdə, silah alverində və çirkli pulların yuyulmasında əli olmasına dair yeni faktlar ötürəcək. S.Qaraxanyan bir neçə ay əvvəl Rusiya mətbuatına Ermənistan hakimiyyətini ifşa edən, prezident Sərkisyanın və onun qardaşının, habelə keçmiş prezident Robert Köçəryanın və digərlərinin beynəlxalq cinayətkar qruplaşmalarla əlbir olması, biznesləri və şəxsi həyatları ilə bağlı qalmaqallı faktlar açıqlamışdı.
Erməni mətbuatı yazır ki, əgər Sərkisyan üçüncü tələbi yerinə yetirməsə Putin sözügedən gizli danışıqların protokollarını açıqlayacaq. Oradan aydın olacaq ki, Sərkisyan azərbaycanlı qaçqınların Dağlıq Qarabağın yekun statusu müəyyən edilmədən birinci mərhələdə ətraf rayonlara, daha sonra isə Laçın və Şuşaya qayıtmasına mahiyyətcə  razılıq verib. “Bundan əlavə, baş nazir xəbərdarlıq edib ki, bütün bunlar Ermənistana qarşı sanksiyaların ancaq başlanğıcı olacaq” deyə, mətbuat yazır. Qeyd edək ki, Sərkisyan başda olmaqla,  Ermənistan hakim elitasının beynəlxalq mafiya ilə əlaqələrinin üzə çıxması düşmən ölkədə ciddi qalmaqal yaradıb. Bu yaxınlarda Amerikada ifşa olunan, keçmiş Bakı ermənisinin başçılıq etdiyi mafiyanın Sərkisyan və qardaşı ilə əlaqələri mətbuatda hələ də müzakirə olunur. Həmçinin Ermənistan hakimiyyətinin rəhbərliyində yer alan şəxslərin və hakim partiyanın bir çox deputatlarının adlarının Rusiyada qaldırılmış cinayət işlərində keçdiyi, onların Moskvanın keçmiş meri Yuri Lujkovla korrupsiya əlaqələrinin olduğu barədə xəbərlər yayılıb. Bu xəbərlərin yayılmasından narahat olan erməni oliqarxları Rusiya Baş Prokurorluğuna müraciət edərək barələrində cinayət işlərinin qaldırılmasına dair iddiaların təkzib olunmasını istəyiblər. Rusiya Baş Prokurorluğu tərəfindən iki gün əvvəl Ermənistana belə təkzib göndərilib, ancaq orada erməni oliqarxlarını birmənalı şəkildə təmizə çıxaran ifadələr yoxdur, sadəcə deyilir ki, mətbuatda yazıldığı kimi, Ermənistanın bir çox rəsmi şəxslərinin adlarının cinayət işlərində keçməsinə dair onlarda məlumat yoxdur.
Müxalifətdəki Ermənistan Ümummilli Hərəkatının nümayəndəsi Levon Zurabyan dünən keçirdiyi mətbuat konfransında deyib ki, hakimiyyətin beynəlxalq cinayətkar qruplaşmalarla əlaqələrinin üzə çıxması onların mövqeyini zəiflədib. Onun sözlərinə görə, hazırda hakimiyyət tərəfindən yaradılan cinayətkar sindikat çökür. “Rusiya və ABŞ-dakı cinayətkar qruplaşmaların Ermənistan hakimiyyəti ilə birbaşa əlaqələri var. Hakimiyyət Ermənistanı çirkli pullar üçün cənnətə çevirib” deyə, Zurabyan bildirib. Müxalifətçinin dediyinə görə, hakimiyyət cinayətkar şəbəkə yaradıb və onun köməyi ilə lobbi əlaqələri qurub, pulları dövr etdirib, ancaq indi bu sistem dağılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR